18 mart 2025, çərşənbə axşamı Bakı, 12°C
IMG-LOGO
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının, hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları”nın təsdiq edilməsi, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının tənzimlənməsi haqqında” 2013-cü il 26 sentyabr tarixli 269-12 nömrəli Qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 avqust tarixli 322-11 nömrəli qərarının ləğv edilməsi haqqında” 2018-ci il 13 aprel tarixli 149-11 nömrəli Qərarında dəyişikliklər və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları”nın təsdiq edilməsi, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 26 sentyabr tarixli 269-12 nömrəli qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 avqust tarixli 322-11 nömrəli qərarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 aprel tarixli 149-11 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” 2019-cu il 25 iyun tarixli 279 nömrəli Qərarının ləğv edilməsi barədə” 2019-cu il 25 iyul tarixli 324 nömrəli və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi barədə” 2008-ci il 24 iyun tarixli 145-14 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 sentyabr tarixli 407 nömrəli Qərarında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Rəsmi sənədlər - 17-03-2025

Qatarların sürətinə dair məhdudiyyətlər müəyyənləşib

18-03-2025
IMG

Qatarlar sarı-qırmızı işıq göründükdə sürəti saatda 20 kilometrədək azaltmalı və qarşı istiqamətin birinci yol işıqforunun qarşısında dayanmalıdır.

Fhnews.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimat”ında əksini tapıb.

Təlimata əsasən, qatarı düzgün olmayan yolla lokomotiv işıqforu ilə idarə edərkən qatarın maşinisti və onun köməkçisi:

- lokomotiv işıqforunun yaşıl işığında infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən belə hallar üçün müəyyən edilmiş sürətlə hərəkət etməli;

- sarı işıqda saatda 50 kilometrdən çox olmayan sürətlə hərəkət etməli;

- sarı-qırmızı işıq göründükdə sürəti saatda 20 kilometrədək azaltmalı və qarşı istiqamətin birinci yol işıqforunun qarşısında dayanmalı;

- qatar sarı-qırmızı işıqda dayandıqdan sonra qatarın maşinisti irəlidəki blok-sahənin qatarla tutulu olduğunu gördükdə və ya bildikdə, blok-sahənin boşaldılmasını, sarı və ya yaşıl işığın görünməsini gözləməli və hərəkəti lokomotiv işıqforunun siqnalı ilə davam etdirməli;

- qatarın maşinisti irəlidəki blok-sahədə qatarın olduğunu bilmədikdə, dayanma və tormozların buraxılması vaxtı ərzində lokomotiv işıqforunda sarı və ya yaşıl işıq görünmədikdə, o, blok-sahənin sonunadək sonrakı hərəkət üçün maneə ilə qarşılaşdıqda, qatarı dərhal dayandırmağa hazır olmaqla və xüsusi sayıqlıqla, saatda

20 kilometrdən çox olmayan sürətlə hərəkətə yenidən başlamalıdır. Belə hallarda blok sahə ilə hərəkət zamanı lokomotiv işıqforunun qırmızı işığı sarı-qırmızı işığa dəyişildikdə, qatarın maşinisti hərəkəti saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkəti davam etdirə, sarı və ya yaşıl işıq göründükdə isə sürəti saatda 40 kilometrədək artıra bilər;

- blok-sahənin sonunda lokomotiv işıqforunun sarı və ya yaşıl işığında bu siqnalları rəhbər tutaraq hərəkəti davam etdirməli, qırmızı işıq saxlanıldıqda və ya sarı-qırmızı işıq yandıqda qatarın maşinisti yenidən qatarı dayandırmalı və hərəkəti bu Təlimata uyğun olaraq davam etdirməli;

- lokomotiv işıqforunda icazəverici siqnalının yerinə qəflətən sarı-qırmızı, qırmızı və ya ağ işıq göründükdə və ya lokomotiv işıqforunda işıqlar söndükdə qatarın maşinisti sürəti saatda 20 kilometrədək azaltmalı və qatarı blok-sahənin sonuna və ya lokomotiv işıqforunda icazəverici siqnal görünənədək, sonrakı hərəkət üçün maneə ilə qarşılaşdıqda, qatarı dərhal dayandırmağa hazır olmaqla və xüsusi sayıqlıqla, həmin sürətlə idarə etməlidir. Blok-sahənin sonunda lokomotiv işıqforunda sarı-qırmızı, qırmızı və ya ağ işıq saxlanıldıqda və ya lokomotiv işıqforunda işıqlar yanmadıqda sonrakı hərəkət bu Təlimatın tələblərinə uyğun olaraq yerinə yetirilir.

Paylaş: