18 mart 2025, çərşənbə axşamı Bakı, 13°C
IMG-LOGO
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının, hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları”nın təsdiq edilməsi, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının tənzimlənməsi haqqında” 2013-cü il 26 sentyabr tarixli 269-12 nömrəli Qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 avqust tarixli 322-11 nömrəli qərarının ləğv edilməsi haqqında” 2018-ci il 13 aprel tarixli 149-11 nömrəli Qərarında dəyişikliklər və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları”nın təsdiq edilməsi, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 26 sentyabr tarixli 269-12 nömrəli qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 avqust tarixli 322-11 nömrəli qərarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 aprel tarixli 149-11 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” 2019-cu il 25 iyun tarixli 279 nömrəli Qərarının ləğv edilməsi barədə” 2019-cu il 25 iyul tarixli 324 nömrəli və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi barədə” 2008-ci il 24 iyun tarixli 145-14 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 sentyabr tarixli 407 nömrəli Qərarında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Rəsmi sənədlər - 17-03-2025

Almaniyanın 2025-ci il üçün artım proqnozu təxminən yarıya enib

18-03-2025
IMG

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı  Almaniya iqtisadiyyatı üçün bu il artım proqnozunu 0,7 faizdən 0,4 faizə endirib. Təşkilat “Qeyri-müəyyənlikdə naviqasiya” adlı iqtisadi hesabatında bu barədə məlumat verib. 

Müvafiq olaraq, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı bu il üçün qlobal iqtisadi artım proqnozunu 0,1 faiz azalaraq 3,1 faizə endirib və 2026-cı ildə 3 faiz olacağını proqnozlaşdırıb.

Maraqlıdır ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı Avropanın ən böyük iqtisadiyyatı olan Almaniya iqtisadiyyatı üçün bu il artım proqnozunu demək olar ki, yarıya endirmişdir. 2024-cü ilin dekabrında Almaniya iqtisadiyyatının bu il yüzdə 0,7 böyüməsini gözləyən qurum, gözləntilərini 0,4 faizə endirib.
Təşkilat həmçinin Almaniyanın 2026-cı il üçün artım proqnozunu 1,2 faizdən 1,1 faizə qədər yenidən nəzərdən keçirib. Hesabatda Almaniyanın ABŞ-da Donald Tramp administrasiyası ilə artan ticarət konfliktlərindən əhəmiyyətli dərəcədə təsirlənən qlobal iqtisadiyyatın tendensiyasını izlədiyi bildirilərək, G20 ölkələri arasında yalnız Meksikanın Almaniyadan daha az inkişaf edəcəyi bildirilib.

Təşkilatın yeni artım proqnozunda hökumətin qurulması üçün koalisiya danışıqlarına başlayan və Yaşıllar Partiyası ilə razılaşan Xristian Birlik partiyaları və Sosial Demokrat Partiyasının hazırladığı müdafiə və investisiya paketi nəzərə alınmayıb.

Sabah Bundestaqda müdafiə və investisiya paketi ilə bağlı müzakirələr keçiriləcək. İƏİT-ə görə, sözügedən paket parlamentdə təsdiqlənərsə, bu, 2026-cı ildə Almaniya iqtisadiyyatının artımına ciddi təsir göstərəcək. Hesabatda paketin dövlət investisiyalarını artıracağı və özəl sərmayələri təşviq edəcəyi bildirilib.

Paylaş: