18 mart 2025, çərşənbə axşamı Bakı, 13°C
IMG-LOGO
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının, hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları”nın təsdiq edilməsi, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının tənzimlənməsi haqqında” 2013-cü il 26 sentyabr tarixli 269-12 nömrəli Qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 avqust tarixli 322-11 nömrəli qərarının ləğv edilməsi haqqında” 2018-ci il 13 aprel tarixli 149-11 nömrəli Qərarında dəyişikliklər və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları”nın təsdiq edilməsi, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 26 sentyabr tarixli 269-12 nömrəli qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 avqust tarixli 322-11 nömrəli qərarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 aprel tarixli 149-11 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” 2019-cu il 25 iyun tarixli 279 nömrəli Qərarının ləğv edilməsi barədə” 2019-cu il 25 iyul tarixli 324 nömrəli və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi barədə” 2008-ci il 24 iyun tarixli 145-14 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 sentyabr tarixli 407 nömrəli Qərarında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Rəsmi sənədlər - 17-03-2025

Milli Məclisin deputatları Ədliyyə Nazirliyinin Probasiya xidmətində olublar 

18-03-2025
IMG

Martın 17-də Azərbaycan Respublikası Milli Məclisinin bir qrup deputatı ilə Ədliyyə Nazirliyinin Probasiya xidmətində görüş keçirilib.

Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirdə xidmət əməkdaşları ilə yanaşı Nazirliyin məsul şəxsləri, Bakı Probasiya İdarəsinin icra məmurları, Bakı Dövlət Universiteti və Azərbaycan Universitetinin könüllüləri, vətəndaş cəmiyyətinin nümayəndələri də iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan xidmət rəisi Vüqar Ağayev ədliyyə, o cümlədən probasiya sahəsində aparılan islahatlardan, sahə üzrə qanunvericilik bazasının təkmilləşdirilməsindən, probasiya nəzarətində olan şəxslərin sosial adaptasiyası və reabilitasiyasından, ali təhsil müəssisələri, dövlət qurumları və vətəndaş cəmiyyəti institutları ilə əlaqələrdən, müasir dövrün çağırışları ilə bağlı məsələlərdən, habelə probasiya sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsindən bəhs edib.

Görüşdə Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc çıxış edərək son dövrlərdə ədliyyə sistemində, Probasiya xidmətində həyata keçirilən işlərdən, ölkəmizdə alternativ cəzaların tətbiqi, bəzi cinayət əməllərinin dekriminallaşdırılması məsələlərindən danışıb, məhkumların hüquqlarının təmin olunması, probasiya sahəsində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması, xüsusilə probasiya nəzarətində olan şəxslərin sosial adaptasiyası və reabilitasiyası ilə bağlı görülən multidissiplinar fəaliyyətin vacibliyini qeyd edib.

Tədbirdə Probasiya xidmətinin fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib, o cümlədən məhkumların sosial adaptasiyası və reabilitasiyası sahəsində könüllülərin (sosial işçilər və psixoloqlar) təqdimatları olub, Rəqəmsal Monitorinq Mərkəzinin təcrübəsi ilə tanışlıq həyata keçirilib. Bu sahəyə cəlb olunan könüllülərin təqdimatları, problemlərə elmi yanaşmalar və onlar tərəfindən aparılan tədqiqatlar müsbət qiymətləndirilib.

Görüşdə, həmçinin probasiya haqqında qanunvericiliyin təkmilləşdirilməsi, konseptual sənədlərin işlənib hazırlanması, xüsusilə Probasiya haqqında Qanunun qəbul edilməsinin əhəmiyyəti vurğulanıb.

Sonda deputatları və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Paylaş: