“Web of Science” aparıcı elmi nəşrlər bazasında azərbaycanlı alimlərin göstəriciləri artıb
“Web of Science” aparıcı elmi nəşrlər bazasında azərbaycanlı alimlərin göstəriciləri artıb. Belə ki, 2024-cü ildə alimlərimiz tərəfindən bu bazada indekslənən elmi nəşrlərdə dərc edilmiş məqalələrin sayı 2022-ci illə müqayisədə 2 dəfə çox olub.
Fhnews.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev sosial media hesabında paylaşım edib.
“Məqalələrin 325-i dünyada ən çox oxunan 10 faiz, 85-i isə 1 faiz elmi işlərin arasında yer alıb.
Bu nəticələr ölkə alimlərinin dünyada nüfuzunun artdığını göstərir və gələcəkdə elm sahəsində əldə olunacaq beynəlxalq uğurlara işarə edir”, - deyə paylaşımda qeyd olunub.
Suverenlik, süni intellekt və müasir...
Respublika Elmi-Texniki Kitabxanasında...
“Elmi innovasiya və biotexnologiyalar:...
“Rəqəmsal tibb 4.0: problemlər, imkanlar...
Sınaq imtahanında istifadə edilən test...