Ölkənin ən böyük elektrik stansiyası istismara verilməyə hazırlanır
Son illər ölkədə icra edilən ən nəhəng layihələrdən biri olan, 2023-cü ilin fevral ayında Prezident İlham Əliyev tərəfindən təməli qoyulan 1280 meqavatlıq yeni elektrik stansiyasında işlər yekunlaşmaq üzrədir.
“AzərEnerji”dən verilən məlumata görə, yeni tikilən elektrik stansiyası qoyuluş gücünə görə müstəqillik dövründə tikilən ən böyük elektrik stansiyası olmaqla yanaşı, ölkədəki digər istilik elektrik stansiyaları arasında hər kilovat saat üçün ən az qaz yandıran elektrik stansiyası olacaq. Mingəçevir şəhərindəki “Azərbaycan” İES-in ərazisində inşa edilən bu nəhəng enerji obyektinin qrafikə uyğun olaraq, 2025-ci ilin sonuna kimi istismara verilməsi planlaşdırılsa da, artıq proses qrafikdən əvvəl başa çatır. Hazırda yeni elektrik stansiyasının 4 ədəd turbin və generatorlarından 3 dəsti test edilərək qoşulub və bir dəstinin isə yaxın vaxtlarda işəburaxılması həyata keçiriləcək.
Bəs bu nəhənglikdə enerji obyektinin istismarı və idarə edilməsi üçün yerli kadr təminatı necə olacaq?
“Qeyd edək ki, yeni elektrik stansiyasının turbin və generatorları İtaliyanın “Ansaldo Energia”, util qazanlar isə Çinin “Dongfang” şirkətinin istehsalı olduğundan son 2 ildə dəfələrlə bu şirkətlərin mütəxəssisləri Mingəçevirdə, “AzərEnerji” mütəxəssisləri isə İtaliya və Çində olub, əyani kurslarda iştirak ediblər. Hazırda isə stansiyada qurğuların, avadanlıqların texniki sistemlərinin tam və etibarlı şəkildə istismarının təmin edilməsi, Qazan-Turbin sexinin işçilərinin bilik və peşə vərdişlərinin təkmilləşdirilməsi məqsədilə “Util Qazan təlim proqramı” üzrə aparılan turbin, generator və avtomatika sahələri üzrə kadr hazırlığı proqramı davam etdirilir.
Hazırda belə bir təlim proqramı İtaliyanın “Ansaldo Energia” şirkətinin nümayəndələri tərəfindən stansiyanın işçiləri üçün keçirilir və layihə kurs şəklində davam etdirilir. Bu kurslara “Azərenerji” ASC-nin 130 əməkdaşı cəlb olunub.
Onu da bildirək ki, bundan əvvəl yanvar ayında Çinin “Dongfang” şirkəti tərəfindən də belə bir təlim kursu keçirilib və təlimçilər müəyyən olunan proqramlar üzrə mütəxəssislərin verdiyi bilik və bacarıqlara yiyələniblər”,- deyə məlumatda qeyd olunub.
bp-nin Azərbaycanda icraçısı olduğu...
“ExxonMobil” şirkəti ilə Xəzər dənizinin...
bp şirkəti ilə əməkdaşlığın...
Səkkiz avtobus marşrutunun hərəkət sxemi...
“Wizz Air Abu Dhabi” aviaşirkəti...