Bakı Mühəndislik Universitetində Novruz şənliyi təşkil olunub
Bakı Mühəndislik Universitetində (BMU) Novruz bayramı ilə əlaqədar bədii-əyləncəli tədbir təşkil olunub.
Universitetdən verilən məlumata görə, rektor Yaqub Piriyev Novruzun mənşəyinin çox qədimlərə dayanan, xalqımızın mənəvi dünyasını, adət-ənənələrini, folklorunu özündə yaşadan ən gözəl milli bayram olduğunu deyib və kollektivə səmimi təbriklərini çatdırıb.
Novruz bayramının hər il ölkəmizdə geniş miqyasda, təntənəli şəkildə qeyd olunduğunu önə çəkən rektor Ümummilli Lider Heydər Əliyevin Novruz adətlərinin qorunub saxlanılmasına böyük önəm verdiyini, həmçinin bayram tonqallarının işğal altındakı torpaqlarımızda yandırılacağı günə həmişə inamla baxdığını vurğulayıb. O, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında suverenliyimizin tam bərpası ilə bayramın Qarabağda, Şərqi Zəngəzurda da qeyd olunmasının, 33 ildən sonra Xocalıda, Xankəndidə bayram tonqallarının yandırılmasının hər bir soydaşımızda böyük qürur və sonsuz sevinc hissi yaratdığını bildirib. Habelə ölkə rəhbərinin genişmiqyaslı fəaliyyəti ilə qlobal geosiyasi məkanda söz sahibinə çevrilən, yeni-yeni zirvələr fəth edən Azərbaycanın qarşıdakı dövrdə daha da qüdrətlənəcəyinin heç kimdə şübhə doğurmadığını söyləyib.
Sonra rektor Novruzun rəmzi olan bayram tonqalını alovlandırıb.
Bayram şənliyi universitetin Bədii yaradıcılıq bölməsinin hazırladığı konsert proqramı ilə davam edib. Novruza aid qədim adət-ənənələrimizin əks olunduğu səhnəciklər, tələbələrin iştirakı ilə nümayiş etdirilən qədim xalq-mərasim oyunları və müxtəlif rəqs nömrələri iştirakçılarda yüksək ovqat yaradıb.
Yeni ali təhsil proqramları ilə əlaqədar...
Bizi birləşdirən Novruz - beynəlxalq...
DİM-in İdarə Heyətinin sədri “Yüksəliş”...
Ədəbiyyat İnstitutunun qarşısında duran...
Bakı Mühəndislik Universitetində Novruz...