Panama qaranlığa qərq olub
Mərkəzi Amerika ölkəsi Panamada elektrik stansiyasında transformatorun partlaması nəticəsində ölkənin əksər hissəsi işıqsız qalıb.
Yerli mətbuatda yer alan xəbərə görə, La Çorrera şəhərindəki Pan Am Elektrik Stansiyasında transformatorun partlaması nəticəsində ölkə daxilində elektrik enerjisi kəsilib. Panama prezidenti Xose Raul Mulino X sosial media platformasında verdiyi açıqlamada elektrik stansiyasına dəyən ziyanın böyük olduğunu bildirib.
Oxşar hadisə 2023-cü ildə Panamada baş verib və ümummilli elektrik enerjisinin kəsilməsi milyonlarla insanı uzun müddət qaranlıqda qoyub.
Hondurasda təyyarənin qəzaya uğraması...
Çanaqqala zəfərindən 110 il keçir...
Lidiya zadəganlarının dəfn olunduğu...
Tramp: “Kennedinin öldürülməsinə dair...
Misir Süveyş kanalının gəlirindən aylıq...