18 mart 2025, çərşənbə axşamı Bakı, 13°C
IMG-LOGO
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının, hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları”nın təsdiq edilməsi, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının tənzimlənməsi haqqında” 2013-cü il 26 sentyabr tarixli 269-12 nömrəli Qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 avqust tarixli 322-11 nömrəli qərarının ləğv edilməsi haqqında” 2018-ci il 13 aprel tarixli 149-11 nömrəli Qərarında dəyişikliklər və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları”nın təsdiq edilməsi, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 26 sentyabr tarixli 269-12 nömrəli qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 avqust tarixli 322-11 nömrəli qərarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 aprel tarixli 149-11 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” 2019-cu il 25 iyun tarixli 279 nömrəli Qərarının ləğv edilməsi barədə” 2019-cu il 25 iyul tarixli 324 nömrəli və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi barədə” 2008-ci il 24 iyun tarixli 145-14 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 sentyabr tarixli 407 nömrəli Qərarında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Rəsmi sənədlər - 17-03-2025

“AzerGold” və DMXEİA-nın rəhbərliyi mişardaşı karxanası və əhəngdaşı yataqlarına baxış keçirib

17-03-2025
IMG

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir İdayətov Qaradağ rayonunda yerləşən bir neçə mişardaşı karxanası və əhəngdaşı yataqlarına baxış keçirib.

QSC-dən bildirilib ki, dövlət başçısının “Azərbaycan Respublikasında qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2024-cü il 23 dekabr tarixli Sərəncamından irəli gələn öhdəliklərin icrası məqsədilə təşkil edilən görüşdə istehsal sahələri və yataqlarda mövcud vəziyyətlə əyani tanışlıq həyata keçirilib, sahibkarların rəy və təklifləri müzakirə edilib.

Görüşlərdə yerli icra hakimiyyəti orqanlarının səlahiyyətli nümayəndələri, həmçinin “AzerGold” QSC-nin prosesə cəlb etdiyi nüfuzlu beynəlxalq məsləhətçi şirkəti “Boston Consulting Group”un təmsilçisi iştirak edib.

Keçirilən görüşlər zamanı istismarla əlaqədar sənədlərdə rast gəlinən uyğunsuzluqlar, qeyri-qanuni hasilat, əməyin mühafizəsi, rekultivasiya, tullantıların utilizasiyası üzrə qanunvericiliyin tələblərinə əməl edilməməsi, müşahidə olunan digər problemlər və onların həlli yolları ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşlərdə sahibkarların təşəbbüsləri dinlənilib, təhlil edilməsi üçün qeydiyyata alınıb. “AzerGold” QSC tərəfindən beynəlxalq məsləhətçi şirkət cəlb edilməklə cari ilin əvvəlindən etibarən aparılan intensiv araşdırmalar, sahə səfərləri, sorğu və təhlillərin nəticələrinə əsasən təkliflərin hazırlanması bu istiqamət üzrə səmərəliliyin və şəffaflığın artırılması, nəzarət mexanizmlərinin daha da təkmilləşdirilməsi, innovative texnologiyaların tətbiqi ilə fəaliyyətin yerli qanunvericilik və beynəlxalq ekoloji tələblər əsasında təşkil edilməsi, müvafiq prosedurların sadələşdirilərək sahibkarların fəaliyyəti üçün daha əlverişli şəraitin yaradılması, yerli istehsalatın dünya bazarının çağırışlarına uyğunlaşdırılmasına xidmət edir.

Paylaş: