Bayram günlərində “ASAN xidmət”in iş rejimi necə olacaq?
Novruz və Ramazan bayramları ilə əlaqədar martın 20, 21, 22, 23, 24-də, həmçinin 29, 30 və 31-də “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, mərkəzlərdə martın 25-dən 28-dək isə iş günü olacaq.
Qeyd edək ki, 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi zəruri təmir-bərpa işləri ilə əlaqədar aprelin 7-dək fəaliyyətini qismən məhdudlaşdırılmış formada davam etdirəcək. Mərkəzin qeyd edilən müddətdəki iş rejimi barədə məlumatı https://vxsida.gov.az/az/article/2370 keçidinə daxil olmaqla əldə etmək olar.
FHN-in Aran Regional Mərkəzi ağacəkmə...
Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə...
“Coca-Cola”nın dəstəyi ilə növbəti Bahar...
Özbəkistan nümayəndə heyəti Qida...
“Alatava” restoranında ciddi nöqsanlar...