Bu il hər bir ölkə sakini 215 manatlıq ödənişli xidmətlərdən yararlanıb
Bu ilin yanvar-fevral aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,4 faiz artaraq 2 milyard 202,4 milyon manat olub.
Dövlət Statistika Komitəsindən bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 672 milyon manatlıq xidmət göstərilib. Bu, xidmətlərin ümumi dəyərinin 75,9 faizini təşkil edib.
Cari ilin yanvar-fevral aylarında hər bir ölkə sakini orta hesabla 215,3 manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 32,1 manat çox müxtəlif ödənişli xidmətlərdən yararlanıb.
Maliyyə Nazirliyində kollegiya iclası...
bp-nin Azərbaycanda icraçısı olduğu...
“ExxonMobil” şirkəti ilə Xəzər dənizinin...
bp şirkəti ilə əməkdaşlığın...
Səkkiz avtobus marşrutunun hərəkət sxemi...