18 mart 2025, çərşənbə axşamı Bakı, 19°C
IMG-LOGO
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının, hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları”nın təsdiq edilməsi, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının tənzimlənməsi haqqında” 2013-cü il 26 sentyabr tarixli 269-12 nömrəli Qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 avqust tarixli 322-11 nömrəli qərarının ləğv edilməsi haqqında” 2018-ci il 13 aprel tarixli 149-11 nömrəli Qərarında dəyişikliklər və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları”nın təsdiq edilməsi, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 26 sentyabr tarixli 269-12 nömrəli qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 avqust tarixli 322-11 nömrəli qərarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 aprel tarixli 149-11 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” 2019-cu il 25 iyun tarixli 279 nömrəli Qərarının ləğv edilməsi barədə” 2019-cu il 25 iyul tarixli 324 nömrəli və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi barədə” 2008-ci il 24 iyun tarixli 145-14 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 sentyabr tarixli 407 nömrəli Qərarında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Rəsmi sənədlər - 17-03-2025

Tibb tarixində ilk: İnsan titan ürəklə 100 gün yaşayıb

17-03-2025
IMG

Avstraliyada ilk dəfə olaraq titandan hazırlanmış süni ürəklə yaşayan xəstə evə buraxılıb. 40 yaşlı avstraliyalı kişi “BiVACOR” adlı cihazla üç aydan çox yaşadıqdan sonra donor ürək transplantasiyası edilib. Bu süni ürək donor çatışmazlığı səbəbindən transplantasiya gözləyən ürək çatışmazlığı xəstələri üçün müvəqqəti həll kimi istifadə edilir.

Fhnews.az “Nature” jurnalına istinadla xəbər verir ki, Sidneydəki Müqəddəs Vinsent Xəstəxanasında aparılan əməliyyat uğurla nəticələnib və xəstənin vəziyyətinin yaxşılaşdığı bildirilib. “BiVACOR cihazı” ABŞ və Avstraliyada ofisləri olan mühəndis Daniel Timms tərəfindən hazırlanıb. Bu süni ürək ənənəvi ürək cihazlarından fərqli olaraq fasiləsiz qan dövranını təmin edən maqnitli rotor texnologiyası ilə işləyir.

Tədqiqatçılar cihazın gələcəkdə donor ürəyi üçün uyğun olmayan bəzi xəstələrdə daimi alternativ ola biləcəyini irəli sürsələr də, bunun üçün əlavə klinik sınaqlar tələb olunur. Hazırda ABŞ-da 7 milyona yaxın insan ürək çatışmazlığından əziyyət çəkir, lakin donor çatışmazlığı səbəbindən 2023-cü ildə cəmi 4500 ürək transplantasiyası həyata keçirilib.

“BiVACOR” cihazının sınaqları davam edir və kardioloqlar bu texnologiyanın ürək xəstəliklərinin müalicəsində yeni perspektivlər açacağını bildirirlər.

Paylaş: