Şimal bölgəsindən 619 şagird riyaziyyat-məntiq olimpiadası və fənn müsabiqələrinin yarımfinal turuna keçib
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 619 şagirdi Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin yarımfinal turuna vəsiqə qazanıb.
Fhnews.az xəbər edir ki, Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasında uğur qazanan 229 nəfərdən 69-u Xaçmaz, 59-u Quba, 30-u Qusar, 37-si Siyəzən, 34-ü Şabran məktəblisidir.
Məktəblilərarası fənn müsabiqələrində isə şimal bölgəsindən 390 şagird uğur qazanıb. Ən çox (182 şagird) riyaziyyat fənni üzrə yarımfinal turuna vəsiqə əldə edilib.
Yarımfinal mərhələsi aprelin 27-də keçiriləcək.
FHN Novruz mərasimlərində yanğın...
Daha iki itkin-şəhidin dəfn mərasimi...
Sosial dəstək paketi şəhid ailələri...
Ali Məhkəmədə Azərbaycan...
AQTA: İdxal olunan bir sıra qida...