Azərbaycanın yeniyetmə taekvondoçuları Belçikadan 11 medalla qayıdırlar
Azərbaycanın yeniyetmə taekvondoçuları Belçikanın Lommel şəhərində keçirilmiş “Belgian open” beynəlxalq turnirində 11 medal qazanıblar.
Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, bunlardan 6-sı qızıl, 1-i gümüş, 4-ü bürünc mükafatdır.
Mədinə Aslanlı (29 kiloqram), Eda Eren (55 kiloqram), Tapdıq Quluzadə (33 kiloqram), Ədiş Cəlilov (49 kiloqram), Elmir Səlimov (53 kiloqram) və Rəsul Cavadzadə (61 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Yusif Nağızadə (57 kiloqram) ikinci, Fidan Muxtarzadə (29 kiloqram), Aysu Aslanlı (41 kiloqram), Əbil Mehrəli (45 kiloqram) və Fuad Həsənov (+65 kiloqram) üçüncü yeri tutublar.
Azərbaycanın yeniyetmə taekvondoçuları...
Egey dənizində 4,1 bal gücündə zəlzələ...
Avarçəkmə üzrə Azərbaycan birinciliyinə...
Avropa Kuboku: Azərbaycan cüdoçularının...
Boksçularımız beynəlxalq turnirdə 1...