16 mart 2025, bazar Bakı, 9°C
IMG-LOGO

Tailandda beton tirin çökməsi nəticəsində 24 nəfər yaralanıb

15-03-2025
IMG

Tailandın paytaxtı Banqkokda sürət avtomobil yolunda tikilməkdə olan körpünün beton tirinin çökməsi nəticəsində ən azı 24 nəfər yaralanıb.

Fhnews.az “Xinhua” agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat verib.

Hadisə fəhlələr tiri sementlə doldurarkən baş verib.

Xilasetmə işləri davam edir. İki nəfər itkin düşmüş hesab olunur. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Paylaş: