Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılmasına dair müzakirələr aparılıb
Səhiyyə Nazirliyində Azərbaycanda sağlamlıq turizminin davamlı inkişafının təmin edilməsi məqsədilə yaradılan işçi qrupunun növbəti iclası keçirilib.
Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Səhiyyə nazirinin müavini İlqar Qasımovun sədrliyi ilə keçirilən işçi qrupunun iclasında Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin, Azərbaycan Standartlaşdırma İnstitutunun, Səhiyyə Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Naftalan Şəhər İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən İlqar Qasımov Naftalanın sağlamlıq turizmi şəhəri kimi dünyada tanıdılmasının vacibliyini vurğulayıb: “İşçi qrupunun iclasının məqsədi Naftalan neftinin və ondan hazırlanan preparatların müalicəvi təsirinin beynəlxalq miqyasda tanıdılmasının təmin edilməsidir. Eyni zamanda, yeni tibbi araşdırmaların aparılmasına və sözügedən məhsullardan tibbi məqsədlər üçün daha geniş istifadə olunmasına dair işçi qrupu tərəfindən təkliflər hazırlanıb”.
İclasda Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyevin işçi qrupu tərəfindən aparılan işlər üzrə məruzəsi dinlənilib və şöbənin baş məsləhətçisi Nigar Nəzərlinin hazırlanan təkliflərə dair təqdimatı nümayiş olunub.
İclasda, həmçinin Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini Kəmalə Hüseynova, Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru akademik Vaqif Abbasov, akademik A.Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru Ulduz Həşimova, Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru Mətanət Əfəndiyevaya və Azərbaycan Tibb Universitetinin Əczaçılıq toksikologiyası və kimya kafedrasının müdiri Eldar Qarayev məruzələrlə çıxış ediblər.
Sonda işçi qrupu tərəfindən görülən işlər üzrə və planlaşdırılan növbəti addımlara dair müzakirələr aparılıb.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalanıb.
Sağlamlıq turizminin davamlı inkişafının təmini və Sərəncamda qarşıya qoyulan tapşırıqların icrasının təmin edilməsi məqsədilə səhiyyə naziri Teymur Musayevin müvafiq əmri ilə işçi qrupu yaradılıb.
Bakıda və Abşeron yarımadasında...
Ov qaydalarını pozan 75 nəfər...
Aqrar Tədqiqatlar Mərkəzində...
FHN-in qurumları arasında stolüstü...
Türkman QHT-lərindən ibarət nümayəndə...