14 mart 2025, cümə Bakı, 11°C
IMG-LOGO

İqtisadi Əməkdaşlıq Təşkilatı regionunda gömrük məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb

14-03-2025
IMG

İqtisadi Əməkdaşlıq Təşkilatının (İqƏT) Baş katibi Əsəd Məcid Xanın rəhbərlik etdiyi nümayəndə heyəti Dövlət Gömrük Komitəsinin sədri (DGK) Şahin Bağırovla görüşüb.

DGK-dən verilən məlumata görə, görüşdə İqƏT üzv ölkələrin gömrük xidmətləri arasında əlaqələrin daha da gücləndirilməsinin əhəmiyyətindən bəhs edilib, eyni zamanda İqƏT Gömrük Xidmətləri Rəhbərləri Şurasının növbəti iclasında müzakirə olunacaq məsələlər - qaçaqmalçılıq və gömrük qaydalarının pozulmasına dair İqƏT məlumat bazasının yaradılması, gömrük işi sahəsində qarşılıqlı inzibati yardım, İqƏT regionunda gömrük məsələlərində potensialın gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Paylaş: