Bərdənin Güloğlular kəndindəki bazarda sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən olunub
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonunun Güloğlular kəndində “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda yoxlama aparıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı bazarda baytarlıq sənədləri olmayan süd, balıq məhsullarının və müşayiətedici sənədlərsiz tərəvəz məhsullarının satışa çıxarıldığı, qida məhsullarının saxlanma şəraitinə əməl edilmədiyi, eləcə də üzərində etiket məlumatlarının əks olunmadığı, işçilərin ilkin və dövri tibbi müayinədən keçmədiyi, gigiyena qaydalarına riayət etmədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
DİN kibertalama cinayətləri ilə bağlı...
Media nümayəndələri üçün növbəti “Sosial...
“Qida Təhlükəsizliyi Könüllüləri”...
Vəkillər Kollegiyasının rəhbərliyi...
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ...