14 mart 2025, cümə Bakı, 15°C
IMG-LOGO

Kənd təsərrüfatı naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

14-03-2025
IMG

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Mentorluq Proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Nicat Qocayev və Aslan Həsənli ilə görüş keçirib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən verilən məlumata görə, nazir qaliblərlə söhbət zamanı onların şəxsi inkişaf məqsədlərini, innovativ layihələrə yanaşmalarını, o cümlədən nazirliyin fəaliyyət sahələrindəki perspektivli imkanları müzakirə edib. Müzakirələrdə müsabiqə qaliblərinin peşəkar bacarıqlarının daha da təkmilləşdirilməsi, innovativ təşəbbüslərə cəlb olunması perspektivləri önə çıxıb.

Qaliblər Mentorluq Proqramından gözləntilərini və gələcək hədəflərini təqdim ediblər.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 2024-cü il 18 dekabr tarixində müvafiq Sərəncam imzalanıb.

 

Paylaş: