14 mart 2025, cümə Bakı, 12°C
IMG-LOGO

Azərbaycanla Türkiyə arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

14-03-2025
IMG

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyənin “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktarı qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, səmimi dialoq çərçivəsində keçirilən görüşdə hərbi əməkdaşlığımızın daha da inkişaf etdirilməsi vurğulanıb.

Görüşdə texnoloji innovasiyaların tətbiqi ilə birgə istehsalatın artırılmasının vacibliyi xüsusi qeyd olunub, Azərbaycanla Türkiyə arasında hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb.

Görüşün sonunda müdafiə naziri H.Bayraktarı "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif edib.

Paylaş: