14 mart 2025, cümə Bakı, 13°C
IMG-LOGO

Çinin süni intellekt uğuru

14-03-2025
IMG

Çin süni intellekt sahəsində son nailiyyətləri ilə 2030-cu ilə qədər texnologiya sahəsində super güc olmaq hədəfinə addım-addım yaxınlaşır.

İnvestisiyaların günbəgün artdığı Çində süni intellekt sektorunda 4500-dən çox şirkət var. Bu il paytaxt Pekində məktəblərdə ibtidai və orta məktəb şagirdləri üçün süni intellekt kurslarına başlanılacaq. Bundan əlavə, universitetlər süni intellektə diqqət yetirən şöbələrə daha çox tələbə qəbul etməyə başlayıblar. 

BBC yazır ki, bu sektorda irəliləyişlər Çin Kommunist Partiyasının 2017-ci ildə süni intellektin ölkənin inkişafının əsas hərəkətverici qüvvəsi olacağını bəyan etməsi ilə başlayıb.
Yanvar ayında ABŞ Çinə yarımkeçirici çiplərin ixracına məhdudiyyətləri artırdıqdan sonra Pekin də 60 milyard yuan dəyərində süni intellekt fondu yaratdığını açıqlayıb.

BBC Çinli mühəndislər tərəfindən hazırlanmış süni intellekt dəstəkli söhbət botu DeepSeek-in ABŞ sanksiyalarına müqavimət göstərərək Pekin üçün rəqabət gücü qazandığına diqqət çəkir.

Çinin süni intellekt və mühəndislik sahəsində uğurlarının sirlərindən biri də onun gənc əhalisidir. 2020-ci ildə ölkədə elm, texnologiya, mühəndislik və riyaziyyat sahələrini 3,5 milyondan çox tələbə bitirib. Təhlil göstərir ki, bu rəqəm dünyanın istənilən ölkəsindən çoxdur.

Digər tərəfdən, ABŞ prezidenti Donald Trampın Çindən idxala tətbiq etdiyi gömrük rüsumları ilə başlayan “ticarət müharibəsi”ndə süni intellekt investisiyaları da Pekinə üstünlük yarada bilər.

Paylaş: