14 mart 2025, cümə Bakı, 12°C
IMG-LOGO

Nərimanov rayonunda su xətlərinin yerinin dəyişdirilməsi işləri həyata keçirilir

14-03-2025
IMG

Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli ilə Əliyar Əliyev küçələrinin kəsişməsində, o cümlədən akademik Həsən Əliyev küçəsinin sonunda Ulduz metrosunun çıxışına yaxın ərazilərdə yeni yolların çəkilməsi, tunellərin qurulması məqsədilə aparılan işlər çərçivəsində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Nərimanov rayon Sukanal İdarəsi müvafiq işlərə başlayıb. Hazırda həmin ərazidə su xətlərinin yerinin dəyişdirilməsi işləri həyata keçirilir.

Fhnews.az xəbər verir ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu qeyd edib ki, görülən işlər çərçivəsində abonentlərin su ilə təminatında müvəqqəti fasilə yarana bilər.

Onun sözlərinə görə, məqsəd əhalinin dayanıqlı, fasiləsiz və keyfiyyətli su ilə təmin etməkdir.

“Bu fasilələr də məhz görülən işlər çərçivəsində vətəndaşların məmnunluğuna xidmət edir. Şəbəkələrdə aparılan təmir-bərpa işləri ilə əlaqədar bir neçə saatlıq fasilələrin yarandığı ərazilərdə abonentlərin digər mənbələrdən su ilə təminatına da çalışılır”, - deyə Ceyhun Musaoğlu bildirib.

Paylaş: