Milli Observatoriya Birləşmiş Krallıqda keçirilən müsabiqədə ali mükafata layiq görülüb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Birləşmiş Krallığın “Global Brands Magazine” jurnalının “Global Brand Awards” beynəlxalq müsabiqəsində uğur qazanıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Observatoriyanın şəffaf sorğu prosesi, etibarlı təhlil nümunələri münsiflər heyəti tərəfindən yüksək qiymət alıb.
Beləliklə, xidmət keyfiyyəti meyarları üzrə seçilərək müsabiqənin “Public Sector & Government Awards” kateqoriyasında qalib elan edilən Observatoriya “Sosial rifah və müdafiə sahəsində ən yaxşı dövlət qurumu” ali mükafatına layiq görülüb.
Qurumun adı həmin beynəlxalq müsabiqənin rəsmi səhifəsindəki qaliblər siyahısına daxil edilib.
Qeyd edək ki, müsabiqədə Milli Observatoriya ilə yanaşı, ABŞ, Yaponiya, İspaniya, BƏƏ, Avstraliya, Kanada, Almaniya, Meksika, Oman və digər ölkələrin dövlət və özəl qurumları təmsil olunub.
Bakıda və Abşeron yarımadasında...
Ov qaydalarını pozan 75 nəfər...
Aqrar Tədqiqatlar Mərkəzində...
FHN-in qurumları arasında stolüstü...
Türkman QHT-lərindən ibarət nümayəndə...