Elektron Təhlükəsizlik Xidməti və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə maarifləndirmə tədbiri keçirilib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşkilatçılığı ilə maarifləndirmə tədbiri keçirilib.
RİNN-dən verilən məlumata görə, ümumilikdə 200 nəfərin iştirak etdiyi tədbirdə ETX-nin əməkdaşları tərəfindən “Onlayn mühitdə kibertəhlükəsizlik” və “Kibertəhlükəsizliyin təməlləri” mövzularında çıxışlar edilib.
Tədbirin keçirilməsində məqsəd ali təhsil müəssisələrində informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik, həmçinin sosial şəbəkələrdən istifadə mövzularına toxunaraq gənclərin maarifləndirilməsini həyata keçirməkdir.
BDU-da kibergigiyena və onlayn...
“Sabahın alimləri” XIV Respublika layihə...
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də...
ADA Universitetində 11-ci Bahar Gənclik...
BDU-nun “Gənc istedadlar” liseyinin...