15 mart 2025, şənbə Bakı, 10°C
IMG-LOGO

ABŞ-da ikinci təyyarə qəzası: Şimali Karolinada şəxsi təyyarə qəzaya uğrayıb

14-03-2025
IMG

ABŞ-nın Şimali Karolina ştatında Pitt-Qrinvil hava limanı yaxınlığında şəxsi təyyarə qəzaya uğrayıb. Polis qrupları qəza yerində insan qalıqlarının tapıldığını təsdiqləyib.
ABŞ Federal Aviasiya Agentliyi  qəzaya uğrayan təyyarədə iki nəfərin olduğunu təsdiqləsə də, rəsmilər sağ qalanların olmadığını açıqlayıb.

Hadisə şahidləri bildiriblər ki, təyyarə yerə çırpılmadan əvvəl sürətlə aşağı düşüb. Lakin azalmaya nəyin səbəb olduğu hələlik bəlli deyil.

Milli Nəqliyyat Təhlükəsizliyi Şurası və Federal Aviasiya Agentliyi  rəsmiləri hadisəni ətraflı araşdırmaq üçün hadisə yerinə göndərilib. Səlahiyyətlilər qəzaya düşən təyyarənin Beechcraft Bonanza modeli olduğunu bildirib. 1947-ci ildə təqdim edilən və altı nəfəri daşıya bilən bu tək mühərrikli təyyarə şəxsi və kommersiya məqsədli istifadədə geniş şəkildə seçilən modeldir.

Paylaş: