Azərbaycan-Çin əlaqələri siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə genişlənməkdədir
Bakı Dövlət Universitetində (BDU) Beynəlxalq əlaqələr və iqtisadiyyat, Hüquq fakültələrinin tələbələrinin qatıldığı beynəlxalq seminar keçirilib.
BDU-dan verilən məlumata görə, seminarda Çinin Renmin Universitetinin Chongyang Maliyyə Tədqiqatları İnstitutunun dekanı, professor Vang Ven “Dünyada baş verən müasir dəyişikliklərə ÇXR-in yeni baxışı və ÇXR – Azərbaycan gələcək əməkdaşlığı” mövzusunda məruzə edib.
Professor Vang Ven Çinin hazırkı inkişaf səviyyəsi, ölkəsində həyata keçirilən islahatlar, müasir dünyada baş verən dəyişikliklər fonunda Çinin yeni geosiyasi, geostrateji və sosial-iqtisadi yanaşması haqqında ətraflı məlumat verib. Bildirib ki, Azərbaycanla strateji xarakter daşıyan və fərqli sahələri əhatə edən çoxtərəfli münasibətlər yüksələn xətt üzrə inkişaf etməkdədir. Hazırda Azərbaycan-Çin əlaqələri siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə genişlənməkdədir.
Tsinxua Universitetinin Şvarçman Kollecinin dekanı professor Pan Qingzhong tələbələri ölkəsinin ali təhsil sistemi haqqında tələbələri məlumatlandırıb. O, tələbələrə Çinin inkişaf tarixindən bəhs edib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
BDU-da kibergigiyena və onlayn...
“Sabahın alimləri” XIV Respublika layihə...
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də...
ADA Universitetində 11-ci Bahar Gənclik...
BDU-nun “Gənc istedadlar” liseyinin...