14 mart 2025, cümə Bakı, 11°C
IMG-LOGO

Vəkillər Kollegiyasının rəhbərliyi növbəti vətəndaş qəbulu keçirib

14-03-2025
IMG

Martın 14-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırovun rəhbərliyi ilə növbəti vətəndaş qəbulu keçirilib.

Bu barədə ARVK-dən məlumat verilib.

ARVK-nın binasında Bakı şəhəri və respublikanın bölgələrindən qəbula gələn vətəndaşların keyfiyyətli hüquqi yardımla bağlı müraciətləri dinlənilib, hər biri qeydiyyata alınıb.

Qəbul çərçivəsində vətəndaşlar tərəfindən qaldırılan hüquqi problemlərinin həlli yolları müzakirə edilib, lazımi məsləhətlər və tövsiyələr verilib. Eyni zamanda, sədr məsələlərin bir qisminin həlli istiqamətində tapşırıqlar verib, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb, aidiyyəti üzrə tədbirlərin görüləcəyi bildirilib.

Xatırladaq ki, ARVK-da vətəndaşların hüquqlarının müdafiəsi istiqamətində effektiv tədbirlərin görülməsi davam etdirilir. Kollegiya sədri Anar Bağırovun qəbuluna yazılmaq istəyən vətəndaşlar ARVK Aparatına müraciət edə bilərlər.

Paylaş: