14 mart 2025, cümə Bakı, 12°C
IMG-LOGO

İşğaldan azad edilmiş ərazilərdə ötən ilin sonunadək 10,2 mindən çox keçmiş məcburi köçkün evlərlə təmin edilib

14-03-2025
IMG

Ötən ilin sonunadək işğaldan azad edilmiş ərazilərdə 10,2 mindən çox keçmiş məcburi köçkün (2615 ailə) artıq evlərlə təmin olunub və orada yaşayırlar.

Fhnews.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin martın 14-də keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatının təqdimatı zamanı deyib.

Baş nazir bildirib ki, bununla yanaşı, keçmiş qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi məqsədlərinə dövlət büdcəsindən 329 milyon manat vəsait yönəldilib.

“Ümumilikdə 2021-2024-cü illərdə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən cəmi 17,6 milyard manat vəsait ayrılıb, o cümlədən 2024-cü ildə 5 milyard 347 milyon manat. 2025-ci ildə 4 milyard manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub”, - deyə Ə.Əsədov qeyd edib.

Paylaş: