Azərbaycanın boks millisi Göygöldə təlim-məşq toplanışına başlayıb
Kişi boksçulardan ibarət Azərbaycan milli komandası növbəti təlim-məşq toplanışına start verib.
Boks Federasiyasından verilən məlumata görə, Ravşan Xocayevin baş məşqçisi olduğu yığma hazırlığı Göygöldə davam etdirir.
Məşqçilər heyəti toplanışa 31 boksçu cəlb edib. Göygöl Olimpiya İdman Kompleksində keçirilən məşqlərdə əsas diqqət texniki-taktiki hazırlığa yönələcək.
Qeyd edək ki, təlim-məşq toplanışı martın 25-də yekunlaşacaq.
Azərbaycanın boks millisi Göygöldə...
Ağırlıqqaldırma üzrə Azərbaycan...
Gürcüstandakı “Böyük Dəbilqə”də iştirak...
AFFA İcraiyyə Komitəsinin qərarları...
Azərbaycanın daha bir boksçusu...