Ötən il Avropada son 27 ildə ən yüksək qızılca faktı qeydə alınıb
Ümumdünya Səhiyyə Təşkilatı qeyd edib ki, ötən il 1997-ci ildən bəri ən çox qızılcaya yoluxma halı Avropa və Mərkəzi Asiyanı əhatə edən Avropa regionunda qeydə alınıb.
ÜST və Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Uşaq Fondu 2024-cü il üçün Avropa və Mərkəzi Asiyanın 53 ölkəsini əhatə edən qızılcaya yoluxma ilə bağlı hesabat dərc edib. Hesabatda bildirilir ki, 2024-cü ildə Avropa regionunda 127 min 350 qızılca faktı qeydə alınıb ki, onların da 40 faizindən çoxu 5 yaşa qədər uşaqlarda müşahidə edilib.
Həmçinin qeyd olunub ki, 2024-cü ildə bütün dünyada qızılcaya yoluxma hallarının üçdə biri Avropa regionunun payına düşüb.
Hesabatda ÜST-nin Avropa üzrə regional direktoru Hans Henri Klugenin bu fikirləri yer alıb:
"Qızılca geri döndü və bu, həyəcan siqnalıdır. Yüksək peyvənd nisbətləri olmadan sağlamlıq təhlükəsizliyi yoxdur. Avropa və Mərkəzi Asiya üçün yeni regional sağlamlıq strategiyamızı formalaşdırdıqca, biz geridə qala bilmərik. Hər bir ölkə peyvənd olunmamış icmalara çatmaq üçün səyləri artırmalıdır."
Türkiyənin Avropa İttifaqına üzvlük...
Ötən il Avropada son 27 ildə ən yüksək...
İstanbul hava məkanında "leylək"...
ABŞ-da yumurta böhranı...
Mozambik və Malavidə "Jude" qasırğası...