17 mart 2025, bazar ertəsi Bakı, 22°C
IMG-LOGO
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının, hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları”nın təsdiq edilməsi, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının tənzimlənməsi haqqında” 2013-cü il 26 sentyabr tarixli 269-12 nömrəli Qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 avqust tarixli 322-11 nömrəli qərarının ləğv edilməsi haqqında” 2018-ci il 13 aprel tarixli 149-11 nömrəli Qərarında dəyişikliklər və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları”nın təsdiq edilməsi, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 26 sentyabr tarixli 269-12 nömrəli qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 avqust tarixli 322-11 nömrəli qərarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 aprel tarixli 149-11 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” 2019-cu il 25 iyun tarixli 279 nömrəli Qərarının ləğv edilməsi barədə” 2019-cu il 25 iyul tarixli 324 nömrəli və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi barədə” 2008-ci il 24 iyun tarixli 145-14 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 sentyabr tarixli 407 nömrəli Qərarında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Rəsmi sənədlər - 17-03-2025

“Erkən müayinə can qurtarır” adlı tibbi aksiyanın növbəti ünvanı Sabirabad olub

15-03-2025
IMG

Səhiyyə Nazirliyi və “PAŞA Holding”in birgə təşkilatçılığı ilə “Erkən müayinə can qurtarır” adlı növbəti aksiya Sabirabad rayonunda reallaşıb. Diabet xəstəliyinin erkən müayinəsi üçün təşkil olunan aksiyada Sabirabad və ətraf rayon sakinləri aktiv iştirak ediblər.

Fhnews.az xəbər verir ki, tibbi müayinə “Sabirabad” klinikasında təşkil edilib. "Fərqindəlik" layihəsinin rəhbəri Şəbnəm Həsənova bildirib ki, "Erkən müayinə can qurtarır" adlı tibbi müayinə ikinci dəfədir keçirilir və bu dəfə Sabirabadda təşkil olunub. Kampaniya ölkə üzrə 24 rayonu əhatə edəcək, o cümlədən işğaldan azad edilən rayonlarda da təşkil olunacaq. Aksiyanın məqsədi diabet xəstəliyinin erkən mərhələlərində diaqnostikasını aparmaq, xəstəliyin qarşısını almaq və yerli əhali arasında sağlam həyat tərzi barədə maarifləndirməni gücləndirməkdir.

“Səhər saat 10-da başlayan aksiyanın ilkin saatlarında 38 nəfər müayinədən keçib. Gün ərzində 100-ə yaxın sakinin müayinə olunması nəzərdə tutulub. Həmçinin aksiya zamanı sakinlər arasında erkən müayinənin əhəmiyyəti haqqında da maarifləndirici söhbət aparılır. Onlara diabetin erkən mərhələlərdə aşkar olunmasının çox vacib olduğu izah edilir. Belə ki, xəstəliyin erkən diaqnozu sayəsində ciddi sağlamlıq problemlərinin qarşısı alınır və müalicə daha effektiv olur. Erkən müayinə diabetin həm fiziki, həm də sosial təsirlərini azaltmağa kömək edir. Diabetin nəzarət altında saxlanması ilə xəstələr gündəlik həyatlarında daha aktiv və sağlam ola bilərlər”, - deyə o əlavə edib.

Sakinlər də təşkil olunan aksiyanı müsbət qiymətləndiriblər. Rayon sakini Telnaz Hüseynova müayinədən keçərkən diabet olduğu aşkarlanıb: “Həkimlərimizin müayinəsindən keçdim, diabet olduğum müəyyən edildi. Lazımi müalicə yazıldı, həmçinin diabetin yoxlanılması üçün avadanlıq verildi. Belə aksiyalar xəstəliklərin erkən aşkarlanmasında çox əhəmiyyətlidir”.

Haqverdi Əliyev də tibbi müayinədən yararlanan sakinlərdəndir. “Belə təşəbbüslərin çox faydası var. Xəstəliklərin erkən aşkarlanması nəticəsində biz sakinlər öz sağlamlığımızı qorumuş oluruq. Bu gün müayinədən keçdim və peşəkar həkimlərimiz tərəfindən müalicə təyin edildi”, - deyə o bildirib.

Qeyd edək ki, Göyçay rayonundan sonra, Sabirabadda keçirilən “Erkən müayinə can qurtarır” aksiyası ölkənin digər regionlarında da təşkil olunacaq. Region sakinləri diabetin erkən mərhələlərində aşkarlanması və ona qarşı mübarizənin effektivliyi ilə bağlı məlumatlandırılacaqlar. Məqsəd diabetin qarşısını almaq, insanları sağlamlıqları ilə bağlı məlumatlandırmaq və sağlam cəmiyyət qurmaqdır.

Paylaş: