Psixoloq və mütəxəssislər bullinq mövzusunda məlumatlandırılıb
Bakıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış (bullinq)” mövzusunda təlim keçirib.
Fhnews.az xəbət verir ki, təlimin açılışında çıxış edən Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva dünyada bullinqin problem kimi öyrənildiyini bildirib: “Bullinq vicdan sınağıdır. Görünməz, amma real təhdiddir. Azərbaycanda bu istiqamətdə işlər aparırıq. Bilirsiniz ki, uşaqların qorunması dövlətin siyasətində mühüm istiqamətlərdəndir. Bu istiqamətdə hüquqi təkmillədirmə işləri aparılır. Eyni zamanda, bu sahədə araşdırmalara önəm veririk. Ümid edirəm, təlim bu istiqamətdə gözəl nəticələr əldə etməyə faydalı olacaq".
Təlimçilər üçün təlim (TOT) formatında baş tutan tədbirdə ekspert qismində dəvət edilmiş Türkiyənin Sakarya Universitetinin İnsan və toplum bilimləri fakültəsinin Sosial xidmət bölməsinin müəllimi Mehmet Zafer Danış iştirakçılara yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış, uşaqların bullinqə məruz qalması, bullinqin növləri, habelə onunla mübarizə sahəsində həyata keçirilən profilaktik işin təşkili və s. istiqamətlərdə məlumat verib.
Təlimdə Bakı və Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin psixoloqları, Penitensiar Xidmətin və Sosial Xidmətlər Agentliyinin əməkdaşları iştirak ediblər.
Vərəmlə Mübarizə üzrə Ölkə Əlaqələndirmə...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Azərbaycanda əhalinin sayı açıqlanıb...
Yanvarda 4700-dən çox cütlük nikaha...
Bakıda hərbi sursatlar aşkar edilib...