18 mart 2025, çərşənbə axşamı Bakı, 13°C
IMG-LOGO
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının, hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları”nın təsdiq edilməsi, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının tənzimlənməsi haqqında” 2013-cü il 26 sentyabr tarixli 269-12 nömrəli Qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 avqust tarixli 322-11 nömrəli qərarının ləğv edilməsi haqqında” 2018-ci il 13 aprel tarixli 149-11 nömrəli Qərarında dəyişikliklər və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları”nın təsdiq edilməsi, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 26 sentyabr tarixli 269-12 nömrəli qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 avqust tarixli 322-11 nömrəli qərarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 aprel tarixli 149-11 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” 2019-cu il 25 iyun tarixli 279 nömrəli Qərarının ləğv edilməsi barədə” 2019-cu il 25 iyul tarixli 324 nömrəli və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi barədə” 2008-ci il 24 iyun tarixli 145-14 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 sentyabr tarixli 407 nömrəli Qərarında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Rəsmi sənədlər - 17-03-2025

Folklorşünas-alim: Torpaq çərşənbəsi özündə mifik və real baxışları birləşdirir

18-03-2025
IMG

Azərbaycanda Novruz bayramının sonuncu çərşənbəsi - Torpaq çərşənbəsi digərlərindən fərqli olaraq xüsusi təntənə ilə qeyd edilir.

Fhnews.az AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Şakir Albalıyevin Torpaq çərşənbəsi haqqında qeydlərini təqdim edir.

İlaxır çərşənbələr öz bətnindən Novruzu dünyaya ərməğan edir. Belə ki, çərşənbələrin 4 yaradıcı ünsürü cəmləşib yekunda yeni həyatın əsasını təşkil edən Novruzun gəlişinə zəmin yaradır.

Bu mənada ilaxır çərşənbələr və Novruz bütövlükdə eyni yaradılış ideyasına xidmət etməklə bütöv bir mərasim kompleksini təşkil edir. Su, od, yel, torpaq ünsürləri vəhdət təşkil edir. “Oğuz oğlunun bayramı” adlı mif mətnində də biz, demək olar ki, Novruz bayramı ilə ilaxır çərşənbə atributlarının rəmzi şəkildə iç-içə təqdimini görürük: “Oğuz oğlu qışdan yaman qorxardı. Ona görə də ilin üç fəslində qışa tədarük görər, dünyanın naz-nemətini yığıb yaşadığı zağaya gətirərdi. Bir il qış uzun çəkdi. Oğuz oğlunun azuqəsi qurtardı. Çarəsiz qalan Oğuz oğlu Böyük çillənin otuzuncu günü zağadan bayıra çıxdı ki, yeməyə bir şey tapıb gətirsin. Nə qədər gəzdi, dolandı, heç nə tapmadı. Saqqalı buz bağladı, əli-ayağı dondu. Kor-peşman evə qayıdanda bir qurd balasına rast gəldi.

Qurd balası soruşdu:

– Oğuz oğlu, bu qarda-boranda haradan gəlirsən?

Oğuz oğlu başına gələn əhvalatı danışdı. İlin aylarından gileyləndi. Dedi ki, elə ay var yaxşı dolanırıq, elə ay var acından qırılırıq. Ayları təriflədi, ayları yamanladı.

Qurd balası dedi:

– Ey Oğuz oğlu, qabaqdakı yol ayrıcında səni bir sürü qoyun, bir qucaq sünbül, bir cəhrə, bir də əl dəyirmanı gözləyir. Onları alıb zağana apararsan. Qoyunu kəsib ətini yeyərsən. Yunundan cəhrədə ip əyirər, özünə paltar tikərsən, dərisini əyninə geyərsən. Sünbülün dənini də əl dəyirmanında çəkər, unundan çörək bişirərsən. Yaza çıxarsan. Ancaq sənə verdiyim əmanətlərdən gərək muğayat olasan. Sünbülü və qoyunu özün artırasan. Quzuları əlinin üstündə saxlayıb böyüdəsən. Sünbülün dənini yerə səpib onu alnının təri ilə suvarasan. Dediklərimə əməl edə bilməsən, yaşamaq sənin üçün çətin olacaq.

Oğuz oğlu yol ayrıcına gəldi. Qurd balasının dediklərini zağaya gətirdi. Qışı kefi kök dolandı. Yazda sürünü dağlara yaydı, sünbülü torpağa səpdi, gecə-gündüz sürünün, sarı sünbülün qulluğunda dayandı. Oğuz oğluna bir bolluq üz verdi ki, gəl görəsən. O gündən də Oğuz oğlu bütün günü işlədi. Qurd balasına rast gəldiyi Böyük çillənin otuzuncu günündən isə bayrama hazırlaşmağa başladı. İlin beş gününü yedi-içdi, çaldı-çağırdı, qohum-qardaşa bayrama getdi.

Oğuz oğlu ilin başlanğıcını o gündən hesabladı. O günə Novruz adı verdi. Novruz bayramına adət etdi. Novruz ona uğur gətirdi”.

Mifik düşüncə ilə tarixi şüurun qovuşuq təqdim olunduğu bu mətndə Novruz bayramının gəlişinin hansı qovğalardan keçdiyi nəql olunur. Xilaskar qurd (Bozqurd) obrazı Oğuz oğluna qışın çətinliyindən salamat çıxmağın yollarını göstərir. Bu yollardan biri də Torpaq çərşənbəsinin əsas atributu olan torpağa tapınmaqdır, torpaqla zəhmətkeş kimi ülfət bağlamaqdır. Belə ki, Qurd obrazının xilaskaredici yol göstərmə funksiyasında Oğuz oğluna heyvandarlığın və əkinçiliyin sirlərini başa salmasını da görürük. Sürülərini dağlara yayan (heyvandarlıq edən) Oğuz övladı eyni zamanda sünbülü torpağa səpməklə (əkinçilik etməklə) bolluq – firavanlıq içində yaşamasını təmin etmiş olur. Buradan o ideya aşılanır ki, Torpaq çərşənbəsinin xilasedici – yaradılış ünsürü olan Torpaqdan dördəlli yapışmaqla insan oğlu (mətndə Oğuz oğlu) özünün ölümdən xilasını – diriliyini təmin etmiş olur. Buradan həm də o nəticə hasil olur ki, bizim Torpaq çərşənbəsi adı altında bayram etdiyimiz bu mərasimdə yaradıcı ünsür olan Torpaq öz missiyasını təkcə mifik inanclar kontekstində yox, həm də həyati baxışlar işığında reallaşdırır.

Paylaş: