bp şirkəti ilə əməkdaşlığın perspektivləri müzakirə edilib
İqtisadiyyat naziri Mikayıl Cabbarov bp şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrellə görüşüb.
Nazirlikdən verilən məlumata görə, Azərbaycan və şirkət arasında uzun illər davam edən uğurlu əməkdaşlıq məmnunluqla vurğulanıb.
bp-nin Azərbaycanın enerji sektorunun inkişafına verdiyi töhfələr, o cümlədən son illər ölkəmizdə bərpaolunan enerji mənbələri üzrə layihələrə dəstəyi yüksək qiymətləndirilib. Uğurlu əməkdaşlığın bundan sonra da tərəflərə fayda gətirəcəyinə əminlik ifadə edilib.
Görüşdə bp-nin Azərbaycanda hazırda davam edən əməliyyatlar və birgə layihələrlə bağlı əməkdaşlığa sadiqliyi diqqətə çatdırılıb. Qurumun Azərbaycandakı fəaliyyəti və perspektivlərlə bağlı fikir mübadiləsi aparılıb. Əməkdaşlığın yeni prioritetləri, həmçinin karbonsuzlaşma sahəsində işbirliyi imkanları müzakirə olunub.
Maliyyə Nazirliyində kollegiya iclası...
bp-nin Azərbaycanda icraçısı olduğu...
“ExxonMobil” şirkəti ilə Xəzər dənizinin...
bp şirkəti ilə əməkdaşlığın...
Səkkiz avtobus marşrutunun hərəkət sxemi...