Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 13-18 dərəcə enəcək - XƏBƏRDARLIQ
Milli Hidrometerologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.
Xidmətdən verilən məlumata görə, martın 18-dən 19-na keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi, fasilələrlə yağıntılı olacağı, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 13-18 dərəcə enəcəyi gözlənilir.
Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimal olunur.
Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.
Ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti martın 25-i gündüzədək davam edəcək.
Heydər Əliyev Fondunun vitse-prezidenti...
Qubada Dağ Yəhudiləri Muzeyini ziyarət...
ANAMA-da Bosniya və Herseqovinanın...
Milli Məclisin deputatları Ədliyyə...
Prezident İlham Əliyev Dövlət Miqrasiya...