Voleybol üzrə Yüksək Liqada XVI tura yekun vurulacaq
Bu gün qadın voleybolçular arasında Yüksək Liqada XVI tura yekun vurulacaq.
Fhnews.az xəbər verir ki, saat 16:00-da iki oyun keçiriləcək. UNEC “Murov Az Terminal”ı, “Abşeron” “Gəncə”ni qəbul edəcək.
Günün son matçında isə “Azərreyl” və “Milli Aviasiya Akademiyası” komandaları üz-üzə gələcək. Görüş saat 18:00-da başlayacaq.
Qeyd edək ki, hazırda “Abşeron” 37 xalla turnir cədvəlinə başçılıq edir. Rəqibindən bir xal geri qalan “Milli Aviasiya Akademiyası” ikinci, “Azərreyl” isə 25 xalla üçüncü sırada qərarlaşıb.
Milli Olimpiya Komitəsinin Atletlər...
Azərbaycanın 2025-ci il üçün “İdman...
Azərbaycanın üçqat Paralimpiya çempionu...
Voleybol üzrə Yüksək Liqada XVI tura...
Azərbaycanın yeniyetmə taekvondoçuları...