Azərbaycan-ABŞ enerji əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib
Energetika naziri Pərviz Şahbazovla ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Hüqo Qevara arasında görüş olub.
Fhnews.az nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə Azərbaycan-ABŞ enerji tərəfdaşlığının region və Avropa ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynayan töhfələrindən bəhs edilib.
Azərbaycanın neft-qaz və bərpaolunan enerji sahələrində beynəlxalq əhəmiyyətli layihələri və təşəbbüsləri çərçivəsində yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Söhbət zamanı Azərbaycanın enerji balansında müxtəlifliyi və enerji tədarükündə geniş diversifikasiyanı təmin edən bərpaolunan enerji kursu barədə məlumat verilib. Yaşıl enerjinin inkişaf planının daxili tələbatın ödənilməsini və bərpaolunan enerjinin elektrik enerjisinin istehsal gücündə payının 33 faizə yüksəldilməsini ehtiva edən birinci mərhələsinin yekunlaşmaq üzrə olduğu bildirilib.
Hazırda şəbəkənin gücləndirilməsi istiqamətində tədbirlərin görüldüyü, həmçinin əlavə bərpaolunan enerji güclərinin yaradılması ilə bağlı yeni layihələrin də nəzərdən keçirildiyi qeyd olunub. Eyni zamanda, Türkiyə, Avropa və Mərkəzi Asiya ilə yaşıl enerji interkonnektorları layihələrinin həyata keçirilməsindən bəhs edilib və bu infrastrukturlarla Avropaya “təmiz enerji” mənbələrindən təchizatın əhəmiyyəti vurğulanıb.
Görüşdə, həmçinin Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şurası ilə bağlı da fikir mübadiləsi aparılıb.
Daha bir müntəzəm avtobus marşrutu...
Səbail rayonunda ictimai sahənin...
Bakıda mikromobillik zolaqları...
Antiinhisar və İstehlak Bazarına Nəzarət...
Azərbaycan-ABŞ enerji əməkdaşlığının...