İtaliyanın Penne bölgəsində evlər 1 avroya satışa çıxarılıb
Əhalinin azalmasının qarşısını almaq üçün İtaliyanın Abruzzo bölgəsindəki Penne şəhərində tərk edilmiş evlər bir avroya satılır.
Bələdiyyədən verilən açıqlamaya görə, layihənin başladığı 2022-ci ildən bəri əksəriyyəti italyanlara məxsus 6 ev satılıb, digər evlərin də yaxın bir neçə həftə ərzində satılması planlaşdırılır.
Penne meri Gilberto Petrucci açıqlamasında "Şəhərdə 40-dan çox boş ev var və onların hamısı tarixi mərkəzdə yerləşir. Ümumi əhalimiz təxminən 1200 nəfər olsa da, möhtəşəm tarixi rayonumuzda cəmi min nəfər yaşayır. Bu yer xəyalət şəhərə çevrilmək riski altındadır"-deyə bildirib. Evlərin əksəriyyəti xüsusilə II. İkinci Dünya Müharibəsində ziyan görərək qəsəbəni tərk edən yerli əkinçi ailələrinə aid olduğunu deyən Petrucci, digər ailələrin 1970-ci illərdə fabriklərdə işləmək üçün ABŞ, Belçika, Venesuela və yaxınlıqdakı böyük şəhərlərə köçdüyünü qeyd edib.
Satış prosesi haqqında məlumat verən Petrucci, "Yeganə şərt alıcıların bu evləri üç il ərzində bərpa etməyi öhdəsinə götürmələridir. Bununla belə, işə başlamaq üçün ilkin ödəniş zəmanəti tələb etmirik. Qədim məhəlləni canlandırmaq üçün gələnləri həqiqətən həvəsləndirmək və dəstəkləmək istəyirik" deyə bildirib.
Merin açıqlamasına görə, kiçik və orta ölçülü bir evin təmirinin ilkin dəyəri 20 min avro civarında olacaq. İtaliyanın Neapol yaxınlığındakı Zungoli və Siciliya adasındakı Mussomeli və Sambuka qəsəbələrindəki evlər də 1 avroya satışa çıxarılıb. Bildirilir ki, layihə başlanandan bəri şəhərlərdə əcnəbi əhalinin sayı artıb.
İtaliya sahillərində miqrantların olduğu...
NASA Ayda gün batımının şəkillərini ilk...
İtaliyanın Penne bölgəsində evlər 1...
“James Webb” kosmik teleskopu ilk dəfə...
Türkiyənin energetika naziri Xəzər...