“James Webb” kosmik teleskopu ilk dəfə olaraq planetin atmosferində karbon qazının ilk görüntülərini əldə edib.
Cons Hopkins Universitetinin astrofizikləri 130 işıq ili məsafədə çoxplanetli "HR 8799" sistemini müşahidə ediblər ki, bu da uzun müddətdir ki, planetlərin əmələ gəlməsi üzrə tədqiqatlar üçün mühüm hədəf olub.
Fotoşəkilləri çəkmək üçün teleskopun ulduzların ətrafındakı uzaq planetləri tədqiq edən koronaqraf cihazından istifadə edərək, tədqiqatçılar Günəş sistemindən kənar bir planetin atmosferində karbon qazının görüntülərini əldə ediblər.
Tapıntılar həmçinin Yupiter və Saturn kimi təxminən 30 milyon illik sistemin dörd nəhəng planetinin yavaş-yavaş bərk nüvələr əmələ gətirdiyinə dair güclü sübutlar təqdim edir.
Araşdırmanın müəlliflərindən William Balmer "Bu aşkarlama sayəsində karbon, oksigen və dəmir kimi ağır elementlərin əhəmiyyətli bir hissəsinin bu planetlərin atmosferlərində olduğunu göstərdik"-deyə açıqlama verib.
Araşdırmanın nəticələri "The Astrophysical Journal"da dərc olunub.
İtaliya sahillərində miqrantların olduğu...
NASA Ayda gün batımının şəkillərini ilk...
İtaliyanın Penne bölgəsində evlər 1...
“James Webb” kosmik teleskopu ilk dəfə...
Türkiyənin energetika naziri Xəzər...