Vəkilliyə namizədlər üçün Vəkil bürolarının təqdimatı olub
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) təşəbbüsü ilə vəkilliyə namizədlər üçün vəkil qurumlarının rəhbərləri və nümayəndələri tərəfindən büroların təqdimatı olub.
Bu barədə kollegiyanın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məqsəd Ədliyyə Akademiyasında icbari təlim keçmiş namizədlərin ilk dəfə büro seçimini könüllü həyata keçirməsidir.
Təqdimatdan əvvəl yeni vəkillərin fəaliyyəti üçün yerləşdiyi binaların əlverişli şəraiti, habelə büro müdirlərinin müraciətləri nəzərə alınıb.
Təqdimat zamanı vəkil qurumlarının rəhbərləri və nümayəndələri namizədlərə öz bürolarının fəaliyyəti, keyfiyyətli hüquqi xidmətlərin göstərilməsi barədə məlumat veriblər. Onlar həmçinin hüquqi yardımın təşkilində və peşəkar etik davranış prinsiplərinə riayət olunmasında vəkilliyin vacib rolunu vurğulayıblar.
Vəkilliyə namizədlər tərəfindən büroların fəaliyyət istiqamətləri, iş mühiti və peşəkar inkişaf imkanları ilə bağlı ünvanlanan suallar cavablandırılıb, qurum rəhbərləri və nümayəndələri namizədlərin gələcək fəaliyyətlərinə dəstək verməyə hazır olduqlarını bildiriblər.
Qeyd edək ki, hazırda yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 129 vəkilliyə namizədin Ədliyyə Akademiyasında keçirilmiş icbari təlim proqramı başa çatıb.
Daxili işlər naziri xidmətə qəbulla...
AQTA: "Şüa" restoranında nöqsanlar...
Mərkəzi icra hakimiyyəti orqanlarının və...
Müdafiə Nazirliyinin və Fövqəladə Hallar...
Fövqəladə Hallar Nazirliyi tərəfindən...