Ali Məhkəmədə inzibati müqavilə ilə bağlı məsələlər müzakirə olunub
Ali Məhkəmə yanında Elmi-məsləhət şurasının növbəti iclası keçirilib.
Məhkəmənin mətbuat xidmətindən verilən məlumata görə, hakimlər, vəkillər, alimlər və hüquqşünas ekspertlərin, ad-hoc üzvlərin, habelə tələbələrin iştirakı ilə keçirilən iclasda “İnzibati müqavilə və ondan irəli gələn mübahisələrə baxılmasının xüsusiyyətləri” mövzusu müzakirəyə çıxarılıb.
Bildirilib ki, bu müqavilə inzibati orqanların inzibati fəaliyyətinin formalarından biri kimi təzahür edir. Ölkəmizdə “İnzibati icraat haqqında” Qanunda inzibati müqavilələr inzibati fəaliyyətin forması kimi aşkar təsbit olunmasa da, məhkəmə təcrübəsində belə xarakterə malik müqavilələrin mübahisələndirilməsinə dair işlərə rast gəlmək mümkündür. Bu mənada son dövrlər inzibati müqavilə ilə bağlı məsələlər məhkəmə təcrübəsində aktual müzakirə predmetinə çevrilib.
Daha sonra mövzu ilə bağlı inzibati müqavilənin anlayışı və onun fərqləndirici əlamətləri, inzibati müqavilə ilə mülki hüquqi müqavilənin müqayisəli təhlili, məhkəmə aidiyyəti, inzibati müqavilələrdən irəli gələn mübahisələrə baxılmasının xüsusiyyətləri kimi suallar ətrafında çıxışlar və konkret təkliflər dinlənilib. Çıxışçılar bu sahədə beynəlxalq təcrübənin də nəzərə alınaraq, qanunvericiliyin təkmilləşdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Sonda Ali Məhkəməyə təqdim olunmuş mülahizələrdə və iclasın gedişində inzibati müqavilələrdən irəli gələn mübahisələr üzrə hüquq tətbiqetmə təcrübəsinin təkmilləşdirilməsinə dair fikirlərin və təkliflərin vahid hüquq tətbiqetmə təcrübəsinin formalaşdırılması baxımından faydalı olduğu, gələcək fəaliyyətdə nəzərə alınacağı qeyd edilib.
Müdafiə Nazirliyinin və Fövqəladə Hallar...
Fövqəladə Hallar Nazirliyi tərəfindən...
Vəkilliyə namizədlər üçün Vəkil...
Fövqəladə Hallar Nazirliyi tərəfindən...
Təcili tibbi yardım stansiyaları...