19 mart 2025, çərşənbə Bakı, 10°C
IMG-LOGO
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının, hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları”nın təsdiq edilməsi, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının tənzimlənməsi haqqında” 2013-cü il 26 sentyabr tarixli 269-12 nömrəli Qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 avqust tarixli 322-11 nömrəli qərarının ləğv edilməsi haqqında” 2018-ci il 13 aprel tarixli 149-11 nömrəli Qərarında dəyişikliklər və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları”nın təsdiq edilməsi, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 26 sentyabr tarixli 269-12 nömrəli qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 avqust tarixli 322-11 nömrəli qərarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 aprel tarixli 149-11 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” 2019-cu il 25 iyun tarixli 279 nömrəli Qərarının ləğv edilməsi barədə” 2019-cu il 25 iyul tarixli 324 nömrəli və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi barədə” 2008-ci il 24 iyun tarixli 145-14 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 sentyabr tarixli 407 nömrəli Qərarında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Rəsmi sənədlər - 17-03-2025

Xalqımızın mədəni-tarixi irsi olan Novruz - “Konstitusiya və Suverenlik İli”ndə ŞƏRH

19-03-2025
IMG

Müdrik Azərbaycan xalqının sahib olduğu multikultural dəyərlərin, tolerantlıq ənənələrinin dünyaya təqdim edilməsi işində birlik və bərabərliyin simvolu, cəmiyyətin təbiətlə vəhdətinin, insanlığa xas ali dəyərlərin – xeyirxahlığın, mərhəmətin, şəfqətin təntənəsi olan Novruz bayramının xüsusi yeri var. Azərbaycançılıq fəlsəfəsinin əsasını, mədəniyyətini, milli-mənəvi dəyərlərini əks etdirən və dünyada tanıdan Novruz – həm də sülhün və əmin-amanlığın carçısı olduğumuzu açıq şəkildə göstərən qlobal bir dəyərdir.

Fhnnews.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.

O qeyd edib ki, Azərbaycanı qədim sivilizasiyanın mərkəzlərindən biri kimi tanıdan misilsiz dəyərlərimiz sırasında Novruz bayramı müstəsna mövqeyə malikdir. Bu bayramın ölkəmizin hər bir guşəsində böyük ruh yüksəkliyi ilə qeyd olunması dövlət müstəqilliyimizin verdiyi bəhrələrdəndir. Belə ki, Novruzun qədim köklərə sahib olduğunu və hər zaman millətimizin qəlbində yaşadığını vurğulayan Ulu Öndər Heydər Əliyevin məhz respublikamıza rəhbərliyi dövründə Novruz bayramının dövlət səviyyəsində qeyd edilməsi tarixi köklərə qayıdışın parlaq nümunəsi olmaqla yanaşı, xalqımızın həmrəyliyini və bütövlüyünü təcəssüm etdirib.

Bu ənənəni uğurla yaşadan, Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdıran Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə - Şuşada, Suqovuşanda, Talış kəndində, Xankəndi şəhərində və Ağdərənin Həsənriz kəndində beşinci dəfədir ki, bayram tonqalı yandıraraq Novruz bayramını qeyd edirik.

“Ümumiyyətlə, Azərbaycan torpağı tarixən bəşəriyyət üçün maraqlı olub. İstər onun yerüstü, istərsə də mənəvi sərvətləri hər zaman dünyanın marağını özünə cəlb edib. Maddi və mənəvi irsin, abidələrin ən böyük mühafizəçisi, himayədarı olan UNESCO Azərbaycana aid olan bir neçə dəyəri öz siyahısına daxil edib. 2016-cı ildən etibarən həmin siyahıya salınmış Novruz da milli maraqlarımızı, azərbaycançılığımızı özündə yaşatmaqla yanaşı, həm də bəşəri məqsədlərə xidmət edən bir bayram olaraq dünyada Azərbaycanın eşidilən səsidir. Dördüncü sənaye inqilabının gətirdiyi qloballaşma dalğasının geniş vüsət aldığı və ənənəvi dəyərlərin davamlı olaraq dəyişikliklərə məruz qaldığı bir zamanda Novruz bayramı tarixi-mədəni irsə bağlılığımızın ifadəsinə çevrilib.

Qeyri-maddi irs kimi Birləşmiş Millətlər Təşkilatının təqvimində xüsusi yeri olan bu ənənəvi bayram, ilk növbədə, sülhün və firavanlığın, bərabərliyin təmini, sülhsevər cəmiyyətlərin yaradılması, mədəniyyətlərarası dialoqun təmini və universal dəyərlərə hörmət, regional əməkdaşlığın qurulması və təbiətin qorunması baxımından “Dayanıqlı İnkişaf Məqsədləri” universal sənədinin hədəfləri ilə birbaşa əlaqələndirilir.

Novruzun mənşəyi qədim adətlərdən, təbiətə və məhsuldarlığa, həmçinin təbiətin tənəzzülünə və yüksəlişinə inamdan başlayır. Novruzdan əvvəlki ay ərzində hər çərşənbə axşamı təbiətin dörd ünsürünün qeyd olunmasına həsr edilir: su, od, torpaq və yel çərşənbələri adlanır və nəhayət, bahar başlayır”, - deyə deputat bildirib.

Odlar yurdu Azərbaycanın bununla bağlı zəngin ənənələrə malik olduğunu deyən M.Əfəndiyev əlavə edib: “Od - təmizlənmə və aydınlaşma rəmzidir. Azərbaycanda cəmiyyətin təməli hesab olunan ailə dəyərləri Novruzda daha da güclənir və bayram ənənələrinə uyğun olaraq hər kəs odun ətrafına toplaşır. Bu mənada, “Yel çərşənbəsi” ölkədə olan həmrəyliyə, birliyə, “Su çərşənbəsi” insanların həyat eşqinə işarədir. Otuz ildən artıq bir müddətdə torpaq həsrəti çəkən bir xalq üçün “Torpaq çərşənbəsi” isə xüsusi məna daşıyır. Otuz illik həsrət Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və xalqın həmrəyliyi ilə sona çatmış, xalqımız Novruzu bu gün Böyük Qayıdış çərçivəsində doğma Qarabağımızda “Konstitusiya və Suverenlik İli”ndə böyük qürur, coşqu və təntənə ilə bayram tonqalı ətrafında qeyd edir.

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ölkəmizin hüquqi dövlət quruculuğu sahəsində və suverenliyin daha da möhkəmlənməsi istiqamətində atılacaq addımların davamı kimi mühüm əhəmiyyət daşıyır. Bu il müstəqil Azərbaycanın ilk yeni Konstitusiyasının 30 ili, Ermənistan ordusu üzərində qazanılan böyük Zəfərin 5 ili tamam olur. Artıq müstəqil, suveren Azərbaycan dövləti inkişafının yeni mərhələsində ərazi bütövlüyünü, suverenliyini qoruyan, tam təmin edən bir ölkəyə çevrilib.

Tam əminliklə qeyd etmək olar ki, bu il ölkəmizdə dövlətçilik tariximizin yeni başlanğıc mərhələsinə çevriləcək və harada yaşamasından asılı olmayaraq soydaşlarımızı müasir dövrün yeni çağırışları ətrafında daha da sıx birləşdirəcək”.

Paylaş: