19 mart 2025, çərşənbə Bakı, 8°C
IMG-LOGO
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının, hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları”nın təsdiq edilməsi, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının tənzimlənməsi haqqında” 2013-cü il 26 sentyabr tarixli 269-12 nömrəli Qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 avqust tarixli 322-11 nömrəli qərarının ləğv edilməsi haqqında” 2018-ci il 13 aprel tarixli 149-11 nömrəli Qərarında dəyişikliklər və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları”nın təsdiq edilməsi, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 26 sentyabr tarixli 269-12 nömrəli qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 avqust tarixli 322-11 nömrəli qərarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 aprel tarixli 149-11 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” 2019-cu il 25 iyun tarixli 279 nömrəli Qərarının ləğv edilməsi barədə” 2019-cu il 25 iyul tarixli 324 nömrəli və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi barədə” 2008-ci il 24 iyun tarixli 145-14 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 sentyabr tarixli 407 nömrəli Qərarında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Rəsmi sənədlər - 17-03-2025

Kür çayından götürülən su necə təmizlənir?

19-03-2025
IMG

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Kür Su Təchizatı İdarəsi 1970-ci ildən içməli su istehsalını həyata keçirir. İdarənin ərazisində yerləşən Kür Su Kəmərləri Kompleksinin sutəmizləyici qurğuları Kür çayının səthi suları bazasında layihələndirilərək tikilib.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, Kür sutəmizləyici qurğularının hər biri sərbəst fəaliyyət göstərməklə bir-biri ilə paralel yerləşdirilib və eyni ərazidə tikilib. Bu kompleks şərti olaraq KÜR-1 və KÜR-2 adlandırılıb. KÜR-1 su kəmərləri iki mərhələdə, 1970 və 1971-ci illərdə tikilərək istismara verilib. KÜR-2 Sutəmizləyici Qurğuları Kompleksi isə üç mərhələdə - 1984, 1986 və 1988-ci illərdə inşa olunub. Qurğular əhalinin fasiləsiz və keyfiyyətli içməli su ilə təminatına xidmət edir.

Kür çayından nasoslar vasitəsilə götürülən su üfüqi-horizontal durulduculara ötürülür. Bu barədə məlumat verən Kür Su Təchizatı İdarəsinin rəisi Eldəniz Həsənov bildirib ki, növbəti mərhələdə ilkin xlorlanma, reagentlənmə işləri aparılandan sonra su süzgəclər sexinə ötürülür. Bu zaman süzgəcdən keçdikdən sonra təmiz su anbarına daxil olur. Bu prosesin ardından su nasoslar vasitəsilə magistral xətlərə yönləndirilir.

Kür çayı qar, yağış və sel suları ilə qidalandığı üçün bulanıqlıq həddi normadan yuxarı olur. Bu halda radial su durulducuları işə salınır. Radial durulducularda çökdürülmə prosesləri zamanı kimyəvi reagentlərdən istifadə olunur, nəticədə durulma effektliyi 80-85 faizə qədər artırılır. Bu duruldulmanın birinci pilləsi adlanır. İkinci pillədə isə şəffaflanma prosesi üfüqi tipli durulducularda aparılır. Kür sutəmizləyici qurğularda texnoloji ardıcıllıqlara uyğun olaraq üçünçü pillə təmizləmə-tam şəffaflanma adlandırılır, bu proses sürətli süzgəclərdə aparılır. Emal prosesləri zamanı sular süzgəclərdən keçirilərək içməli su həddinə çatdırılır. Süzgəclərdə təmizlənmiş su təmiz su rezervuarına toplanılır və oradan da qaldırıcı nasoslar vasitəsilə Bakı şəhərinə və digər tələbatçılara verilir. Bütün bu proseslərə Kür Su Təchizati İdarəsinin mütəxəssisləri nəzarət edir.

Eldəniz Həsənov Kür Sutəmizləyici Qurğuları Kompleksində mövcud olan laboratoriya haqqında məlumat verərkən bildirib ki, laboratoriyada işlər fasiləsiz icra olunur: “Həmçinin Şirvan şəhərində yerləşən regional laboratoriyada da həftədə 2 dəfə suyun tərkibi yoxlanılır. Qarşıda qoyulan öhdəliyə əsasən əhaliyə çatdırılan su yüksək keyfiyyətə cavab verməlidir. Biz də çalışırıq ki, bu tapşırığı layiqincə yerinə yetirək”.

Qeyd edək ki, Kür Su Təchizatı İdarəsi aran bölgəsinin 7 rayonuna xidmət göstərir. Bu rayonlar Saatlı, Sabirabad, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar rayonları və Şirvan şəhəridir. Bundan başqa magistral kəmər boyu kənd və qəsəbələrə də keyfiyyətli Kür suyu verilir.

Paylaş: