ANAMA-da Bosniya və Herseqovinanın nümayəndə heyəti ilə görüş keçirilib
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov Bosniya və Herseqovinanın müdafiə naziri Zukan Helezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
ANAMA-nın mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı Azərbaycanda mövcud mina probleminin miqyası, ərazilərin nizamsız şəkildə minalanması, eləcə də bu təhlükənin aradan qaldırılması istiqamətində ölkəmizdə həyata keçirilən genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyəti barədə məlumat verilib.
Zukan Helez Azərbaycanın üzləşdiyi mina problemi ilə bağlı ətraflı təqdimata görə təşəkkür edərək, gördüklərindən təsirləndiyini və ölkəsinin də eyni problemlə üzləşdiyini diqqətə çatdırıb.
Görüşdə mina təhlükəsi ilə üzləşmiş və bu təhlükəyə qarşı mübarizə sahəsində uzunmüddətli təcrübəyə malik olan hər iki ölkənin müvafiq qurumlarının əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Xankəndində Zəfər meydanında Novruz...
Zəngilan rayonunun Ağalı kəndində İlaxır...
Qarabağ Universitetində İlaxır çərşənbə...
Heydər Əliyev Fondunun vitse-prezidenti...
Qubada Dağ Yəhudiləri Muzeyini ziyarət...