Azərbaycanın Batumidəki Baş konsulluğu Acarıstanda aztəminatlı ailələrə yardım edib
Azərbaycan Respublikasının Batumidəki Baş Konsulluğunun təşkilatçılığı ilə Acarıstan Muxtar Respublikasının Xulo rayonunda Müqəddəs Ramazan bayramı ilə əlaqədar aztəminatlı ailələrə yardım edib.
Fhnews.az xəbər verir ki, bu məqsədlə təşkil olunan tədbirdə Xulo rayon meriyasının və Bələdiyyə Şurasının rəhbərliyi, Azərbaycan və Gürcüstanın ictimaiyyət nümayəndələri iştirak ediblər.
Baş konsul Fuad Əzizov Ramazan bayramının Azərbaycanda dövlət səviyyəsində qeyd edildiyini, dövlətimiz tərəfindən xaricdə yaşayan soydaşlarımıza da diqqət və qayğı göstərildiyini bildirib.
Diplomat xeyriyyə mərasimini Azərbaycan ilə Gürcüstan arasında yüksələn xətlə inkişaf edən dostluq və əməkdaşlığın daha bir təzahürü kimi dəyərləndirib.
Xulo rayon rəhbərliyi Azərbaycan Dövləti tərəfindən göstərilən yardıma görə rayon camaatı adından minnətdarlığını bildirib.
Baş konsulluğun kollektivi 60 aztəminatlı ailəyə bayram sovqatı paylayıblar.
Azərbaycan Qazaxıstanda mülki müdafiə...
“Erkən müayinə can qurtarır” adlı tibbi...
Sabaha gözlənilən hava proqnozu...
Bakıda növbəti ağacəkmə aksiyası və...
FHN-in Muğan Regional Mərkəzi nümunəvi...