FHN: Ötən həftə ərzində 745 yanğına çıxış olub, 11-i azyaşlı olmaqla 38 nəfər xilas edilib (video)
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 745 yanğına çıxış, 29 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 11-i azyaşlı olmaqla 38 nəfər xilas edilib, yanğınlar zamanı 2-si azyaşlı olmaqla 19 nəfər təxliyə olunub, 2 nəfər xəsarət alıb, 4 nəfərin meyiti təhvil verilib.
Vərəmlə Mübarizə üzrə Ölkə Əlaqələndirmə...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Azərbaycanda əhalinin sayı açıqlanıb...
Yanvarda 4700-dən çox cütlük nikaha...
Bakıda hərbi sursatlar aşkar edilib...