18 mart 2025, çərşənbə axşamı Bakı, 13°C
IMG-LOGO
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının, hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları”nın təsdiq edilməsi, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının tənzimlənməsi haqqında” 2013-cü il 26 sentyabr tarixli 269-12 nömrəli Qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 avqust tarixli 322-11 nömrəli qərarının ləğv edilməsi haqqında” 2018-ci il 13 aprel tarixli 149-11 nömrəli Qərarında dəyişikliklər və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları”nın təsdiq edilməsi, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 26 sentyabr tarixli 269-12 nömrəli qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 avqust tarixli 322-11 nömrəli qərarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 aprel tarixli 149-11 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” 2019-cu il 25 iyun tarixli 279 nömrəli Qərarının ləğv edilməsi barədə” 2019-cu il 25 iyul tarixli 324 nömrəli və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi barədə” 2008-ci il 24 iyun tarixli 145-14 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 sentyabr tarixli 407 nömrəli Qərarında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Rəsmi sənədlər - 17-03-2025

Ədəbiyyat İnstitutunun qarşısında duran vəzifələr müzakirə edilib

18-03-2025
IMG

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

Bu barədə institutdan məlumat verilib. İclasda AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli Azərbaycan Respublikası Prezidentinin “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” 2025-ci il 3 fevral tarixli Sərəncamının icrası ilə bağlı Rəyasət Heyətinin iclasında Tədbirlər planının təsdiq edildiyini bildirib. O, Sərəncamın icrasından irəli gələn məsələlərin həllini təmin etmək məqsədilə akademiyanın elmi müəssisə və təşkilatlarında, regional elmi bölmə və mərkəzlərində akademik Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümü ilə bağlı müxtəlif konfrans və elmi sessiyaların keçiriləcəyini, virtual sərgilərin təşkil olunacağını, eləcə də bir sıra monoqrafik nəşrlərin çap ediləcəyini söyləyib. Akademik İsa Həbibbəyli dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illiyi ilə bağlı Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun qarşısında duran vəzifələrdən bəhs edib.

Prezident İlham Əliyevin “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2025-ci il 21 fevral tarixli Sərəncamını xatırladan akademik İsa Həbibbəyli dövlət başçısının müvafiq Sərəncamından irəli gələn vəzifələrin icrası çərçivəsində Xalq şairi, akademik Bəxtiyar Vahabzadənin yaradıcılığını müstəqillik, Azərbaycançılıq ideologiyası və istiqlal düşüncəsi nöqteyi-nəzərindən daha dərindən tədqiq etməyin vacibliyini vurğulayıb. O, Sərəncamının işığında AMEA üzrə şairin yubileyinə həsr olunan silsilə tədbirlərin keçiriləcəyini, yeni nəşrlərin hazırlanacağını söyləyib, bu istiqamətdə Ədəbiyyat İnstitutunun qarşısında duran vəzifələrdən danışıb.

Sonra institutun əməkdaşları - doktorant Zərin Vəliyeva və dissertant Nəzrin Əliyeva Polşanın Byalistok Universitetində keçdikləri ixtisasartırma kursundakı fəaliyyətləri haqqında ətraflı məlumat veriblər.

Tədbirdə institutun Füzulişünaslıq sektorunun müdiri Ataəmi Mirzəyevin “Azərbaycan bədii tərcümə tarixində Füzuli zirvəsi”, Dünya ədəbiyyatı və komparativistika şöbəsinin aparıcı elmi işçisi Məlahət Qədirovanın “Belarus xalq nağılları” və Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr şöbəsinin elmi işçisi Orxan İsayevin “Kərküklü Növrəs Qədim (həyatı və yaradıcılığı, “Tarixçeyi-Növrəs” əsəri, qəzəlləri)” kitablarının çapa tövsiyə olunmasına dair qərarlar qəbul edilib.

Elmi katib Aygün Bağırlı 14 fevral 2025-ci il tarixində “Elm” qəzetində dərc olunmuş elana əsasən seçkilərin keçirilməsi barədə məlumat verib.

Sonda bir sıra cari məsələlərə baxılıb.

Paylaş: