18 mart 2025, çərşənbə axşamı Bakı, 13°C
IMG-LOGO
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının, hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları”nın təsdiq edilməsi, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının tənzimlənməsi haqqında” 2013-cü il 26 sentyabr tarixli 269-12 nömrəli Qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 avqust tarixli 322-11 nömrəli qərarının ləğv edilməsi haqqında” 2018-ci il 13 aprel tarixli 149-11 nömrəli Qərarında dəyişikliklər və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları”nın təsdiq edilməsi, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 26 sentyabr tarixli 269-12 nömrəli qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 avqust tarixli 322-11 nömrəli qərarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 aprel tarixli 149-11 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” 2019-cu il 25 iyun tarixli 279 nömrəli Qərarının ləğv edilməsi barədə” 2019-cu il 25 iyul tarixli 324 nömrəli və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi barədə” 2008-ci il 24 iyun tarixli 145-14 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 sentyabr tarixli 407 nömrəli Qərarında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Rəsmi sənədlər - 17-03-2025

“Coca-Cola”nın dəstəyi ilə növbəti Bahar Festivalı keçirilib

18-03-2025
IMG

“Coca-Cola Azərbaycan”ın dəstəyi, ADA Universiteti Fondunun təşkilatçılığı ilə ənənəvi Bahar Gənclik Festivalı keçirilib. ADA Universitetinin bayraq meydanında baş tutan tədbirdə canlı musiqi və bayram çıxışları ilə yeni başlanğıclar fəsli baharın gəlişi qeyd olunub.

Festival çərçivəsində milli geyimlər, xalçaçılıq sənəti nümunələri, Novruz mətbəxinin şirniyyatları və Kosa-Keçəl tamaşaları nümayiş olunduğu festival iştirakçılara unudulmaz anlar yaşadıb. Festivalın sonunda meydanda bayram tonqalı da alovlandırılıb.

Yerli və xarici tələbələr, ADA məktəbliləri, universitetin müəllim heyəti və tərəfdaş qurumların nümayəndələrinin iştirakı ilə baş tutan festivalda Novruz bayramının dəyərlərindən danışılıb, müxtəlif adət-ənənələr yaşadılıb.

Festival xalq artisti Zülfiyyə Xanbabayeva və DJ Chinanın çıxışı ilə daha da əyləncəli və rəngarəng keçib.

“Azerbaijan Coca-Cola Bottlers” MMC-nin baş direktoru Rəna Məmmədova festivalla bağlı təəssüratlarını bölüşərək deyib: “Coca-Cola” hər il Novruz bayramını böyük sevinc və coşqu ilə qeyd edir. ADA Universiteti ilə birgə təşkil etdiyimiz Bahar Festivalı da sevincimizə səbəb olur. Azərbaycan xalqının əsas bayramlarından olan Novruz ənənələrinin yaşadılmasına dəstək olmaqdan məmnunuq. Mən də fürsətdən istifadə edib Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edirəm!"

Festivalda “Coca-Cola” şirkətinin ölkədə suyun mühafizəsi, su mənbələrinin bərpası və sudan səmərəli istifadə istiqamətində həyata keçirdiyi ekoloji layihələr barədə də məlumat verilib, ətraf mühitin qorunmasının vacibliyi qonaqların diqqətinə çatdırılıb.

Qeyd edək ki, “Coca-Cola” “Su Təhlükəsizlik Strategiyası”na uyğun olaraq Abşeron ərazisində əkilən ümumilikdə 100 min ağacın suvarılmasında su israfının qarşısını almaq üçün damcı-suvarma sistemi quraşdırıb. ADA Fondu ilə əməkdaşlıq edərək ADA Universitetinin ərazisində ağacların suvarılması üçün isə yeraltı sulardan təkrar istifadəyə yönələn “Suyu qoru, təbiəti canlandır” layihəsini həyata keçirir.

Paylaş: