Baş Dövlət Yol Polisi İdarəsi səhhətində ciddi problemlər olan sürücülərə müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi səhhətində ciddi problemlər olan sürücülərə müraciət edib.
Fhnews.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən daxil olan müraciətdə deyilir: “Ötən gün saat 21:14 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Müşfiqabad qəsəbəsi ərazisindən keçən 25-ci kilometrliyində Fərid İsmayılovun idarə etdiyi “Toyota Prius” markalı avomobil beton konstruksiyalı arakəsməyə çırpılıb. Sürücü hadisə yerində həyatını itirib. İlkin məlumata əsasən, qəzanın sürücünün səhhətində yaranan problemdən qaynaqlandığı ehtimal olunur.
Baş Dövlət Yol Polisi İdarəsi son vaxtlar analoji hadisələrin sayının artmasını nəzərə alaraq, bir daha səhhətində ciddi problemlər olan sürücülərdən sükan arxasına əyləşməməyi, yaşanmış acı təcrübələrdən düzgün nəticə çıxararaq özlərinin və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atmamağı, ağır xəstəliyi olan sürücülərin doğmalarından isə bu kimi hallara qarşı barışmaz mövqe tutmağı xahiş edir”.
FHN-in Aran Regional Mərkəzi ağacəkmə...
Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə...
“Coca-Cola”nın dəstəyi ilə növbəti Bahar...
Özbəkistan nümayəndə heyəti Qida...
“Alatava” restoranında ciddi nöqsanlar...