Kuba qaranlığa qərq olub
Kubanın Energetika və Mədən Nazirliyindən verilən açıqlamaya görə, ölkə milli şəbəkənin çökməsi səbəbindən qaranlığa qərq olub.Açıqlamada paytaxt Havanadakı Diezmero yarımstansiyasında yerli vaxtla saat 20.15 radələrində nasazlığın baş verdiyi bildirilib.Qəza paytaxt da daxil olmaqla 10 milyon əhalisi olan Karib hövzəsi ölkəsinin qərbində elektrik enerjisinin kəsilməsinə səbəb olub və ölkənin elektrik sistemi çöküb. Nasazlığın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Kubanın elektrik şəbəkəsi yanacaq çatışmazlığı, təbii fəlakətlər və iqtisadi böhran səbəbindən demək olar ki, tamamilə dağılıb.Bu il Venesuela, Rusiya və Meksikadan neft idxalının azalması səbəbindən elektrik stansiyalarında böhran yaşansa da, ötən ilin noyabr və dekabr aylarında elektrik enerjisinin geniş kəsilməsi baş verib.
İtaliyada yenidən zəlzələ olub, 100...
Avrokomissar: Aİ hərbi kəşfiyyat...
Filippində quduzluq problemi...
Kuba qaranlığa qərq olub...
Çin kosmosa iki yeni peyk göndərib...