Məntiq olimpiadası və fənn müsabiqələrinin yarımfinalına Şəki-Zaqatala bölgəsi üzrə 1119 şagird vəsiqə qazanıb
Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının və Məktəblilərarası fənn müsabiqələrinin və rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan 1119 şagird olimpiada və müsabiqənin yarımfinal turuna vəsiqə qazanıb.
Fhnews.az xəbər verir ki, bu barədə Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, riyaziyyat-məntiq olimpiadasının və fənn müsabiqələrinin rayon-şəhər mərhələsində idarənin tabeliyində olan ümumi təhsil müəssisələri üzrə 6078 şagird biliyini sınayıb. Yekun nəticələrə əsasən, Şəki-Zaqatala bölgəsi üzrə 318 şagird məntiq olimpiadasının, 801 şagird isə fənn müsabiqələrinin yarımfinal mərhələsində iştirak etmək hüququ əldə edib.
Qeyd edək ki, riyaziyyat-məntiq olimpiadasının və Məktəblilərarası fənn müsabiqələrinin yarımfinal turunun aprelin 27-də keçirilməsi nəzərdə tutulur.
“Rəqəmsal tibb 4.0: problemlər, imkanlar...
Sınaq imtahanında istifadə edilən test...
“Web of Science” aparıcı elmi nəşrlər...
I sinifə qəbul prosesinin müddəti...
Məntiq olimpiadası və fənn...